Abşeron və Qobustanın əlli səkkiz deşik oyun abidələri — Abşeron və Qobustanda tapılmış əlli səkkiz deşik oyunu nümunələri. Misirdəki nümunələrdən daha qədim olması səbəbi ilə oyunların Misir mənşəli olmamasını sübut edir. Oyun Azərbaycanda eramızdan əvvəl üçüncü minilliyin sonu, ikinci minilliyin əvvəllərində Orta Tunc dövrünün mövsümi maldarlıqla məşğul olan çobanları tərəfindən oynanılmışdır. Oyuna aid 6 lövhə Abşeron yarımadasında və Qobustan qoruğunda tapılmışdır. Bu oyun sübut edir ki, buranın cəmiyyətləri cənub (Misir) ilə əlaqəli idilər və oyunun məşhurluğu mədəniyyətləri və sosial-iqtisadi qrupların ərazisini aşmışdır. Oyunun Misir mənşəli olması da bu tapıntılar nəticəsində sual altına düşür və cənub-qərbi Asiya mənşəyi ön plana çıxır. Oyunların tapıldığı yerlər Çapmalı, Yenı Türkan, Dübəndidir, 3-ü isə Ağdaşdüzüdən tapılmışdır.
İstinadlar
Ədəbiyyat Crist W, Abdullayev R. Herding with the Hounds: The Game of Fifty-eight Holes in the Abşeron Peninsula. European Journal of Archaeology. 2025;28(1):61–80. doi:10.1017/eaa.2024.24
Kateqoriya:Stolüstü oyunların tarixi Kateqoriya:Tarixi lövhə oyunları