Robert Finn (ing. Robert Patrick John Finn ) - ABŞ diplomatı və siyasətçisi. ABŞ-nin Azərbaycandaki ilk səfiri (1992).

Həyatı və Fəaliyyəti Finn Nyu-York şəhərində, Bronks rayonunda yerləşən Parkçester planlaşdırılmış yaşayış məhəlləsində böyüyüb və bakalavr dərəcəsi (B.A.) alıb. St. John’s Universitetindən Amerika ədəbiyyatı və Avropa tarixi üzrə fərqlənmə ilə bakalavr (B.A.) dərəcəsi alıb, Nyu-York Universitetindən Yaxın Şərq araşdırmaları üzrə magistr (M.A.) dərəcəsinə yiyələnib. 1978-ci ildə isə Prinston Universitetində Yaxın Şərq araşdırmaları üzrə həm magistr (M.A.), həm də fəlsəfə doktoru (Ph.D.) dərəcələrini əldə edib. Finnin doktorluq dissertasiyası “The early Turkish novel: 1872–1900” adlanır. Hazırda o, həmin universitetdə türkoloji araşdırmalar və beynəlxalq münasibətlər üzrə professor vəzifəsini tutur. Mərkəzi Asiya dillərinin əksəriyyəti də daxil olmaqla on beş dil bilir.

Finn 1978-ci ildən 2005-ci ilin avqust ayınadək Xarici Xidmətin üzvü olub. 1992-ci ildə işlər müvəkkili (chargé d'affaires) qismində Azərbaycandakı ABŞ səfirliyini açıb və üç il ərzində burada həm işlər müvəkkili, həm də missiya rəhbərinin müavini kimi fəaliyyət göstərib. O, həmçinin 1998–2001-ci illərdə ABŞ-nin Tacikistandakı səfiri vəzifəsində çalışıb. Bundan başqa, Türkiyə, Xorvatiya və Pakistandə də xidmət edib.

İstinadlar

Kateqoriya:XX əsr ABŞ diplomatları