Tupolev Tu-204 — orta mənzilli dar gövdəli sərnişin təyyarəsi. O, 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində Tupolev Konstruktor Bürosu tərəfindən aviaşirkətlərdə Tu-154 sərnişin təyyarəsini əvəz etmək üçün hazırlanmış Sovet və Rusiya təyarrəsidir. 164–215 sərnişin tutumu və 4200–5920 km (2600–3900 mil) uçuş məsafəsi üçün nəzərdə tutulmuşdur. 1990-cı ildən Ulyanovskdakı Aviastar-SP zavodunda və 1996-cı ildən Kazandakı S.P.Qorbunov adına Kazan Aviasiya Zavodunda (Tu-214-ün modifikasiyası kimi) istehsal olunur.

Tu-204, Rusiyanın PS-90A mühərriklərindən istifadə edir və naqilsiz sistem, Rəqəmsal Mühərrik İdarəetməsi (FADEC) sistemi, superkritik qanad profilləri, rəqəmsal kompüterlərlə təchiz olunmuş avadanlıq blokları və əvvəlki nəsil təyyarələrdə istifadə olunmayan digər yeniliklərə malikdir.Пассажирский среднемагистральный узкофюзеляжный самолёт Ту-204-100(В,Е). . Презентация лизинговой компании «Ильюшин Финанс Ко.»

Mühərrik növü və avionika konfiqurasiyası ilə fərqlənən təxminən 20 modifikasiyada hazırlanmışdır. Tu-204/214 təyyarə ailəsinə sərnişin, VIP, yük və xüsusi təyinatlı versiyalar daxildir.

6 aprel 2022-ci ildə 20 Tu-214 təyyarəsinin istehsalına başlandığı elan edildi. Daha sonra Birləşmiş Aviasiya Korporasiyasının 2030-cu ilə qədər 70 Tu-214 təyyarəsi istehsal etməyi planlaşdırdığı elan olundu. Ticarət istismarı üçün nəzərdə tutulan ilk (planlaşdırılan üç Tu-214 təyyarəsindən) 2023-cü ildə təhvil veriləcək.Первые Ту-214 для коммерческой эксплуатации будут поставлены российским авиакомпаниям уже в следующем году () // :ru:IXBT.com, 16 авг 2022.Ту-214: Производитель не успеет построить три обещанных самолета в этом году . Ростех передаст заказчику году. Он уступает :ru:МС-21 по ряду показателей // :ru:IXBT.com,

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Описание Ту-204 на сайте ОАО «Туполев» История создания Авиалайнера Ту-204 // poletim.net Фотографии Ту-204 на Airliners.net Список выпущенных Ту-204 с историей и описанием бортов Завод «Авиастар-СП» планирует выпускать модернизированные самолёты Ту-204 Ту-204-120СЕ прошёл сертификацию в Китае Модель Ту-206 на авиасалоне

Kateqoriya:Sərnişin təyyarələri Kateqoriya:Tupolev təyyarələri Kateqoriya:İkimühərrikli reaktiv təyyarələr