Struktural şiddət və ya Struktural zorakılıq — sosial quruluşun və ya sosial institutun insanların əsas ehtiyaclarını və hüquqlarını təmin etmələrinin qarşısını alma yolu ilə onlara zərər vurması forması.
Bu termin ilk dəfə norveçli sosioloq Yohan Qaltunqun 1969-cu ildə nəşr edilən "Zorakılıq, Sülh və Sülh Tədqiqatı" adlı məqaləsində istifadə edilmişdir.Galtung, Johan (1969). "Violence, Peace, and Peace Research". Journal of Peace Research. 6 (3): 167–191. Qaltunqun göstərdiyi struktural şiddət nümunələri arasında institusionallaşmış irqi ayrı-seçkilik, seksizm və sinifçilik kimi hallar yer alır. Struktural zorakılıq və birbaşa zorakılıq qarşılıqlı asılı hesab olunur. Ailə zorakılığı, gender zorakılığı, nifrət cinayətləri, irqi zorakılıq, polis zorakılığı, dövlət zorakılığı, terrorizm və müharibə bu əlaqənin nümunələrindəndir. Struktural zorakılıq sosial ədalətsizliklə sıx şəkildə bağlıdır, çünki o, müxtəlif sosial quruluşlarda insanlara fərqli təsir göstərir.
Birləşmiş Millətlər Təşkilatının 2025-ci il hesabatında isə qeyd olunub ki, Yaxın Şərqdəki bəzi münaqişə zonalarında tutulan məhbuslara “yemək və tibbi yardımın verilməməsi” kimi hallar struktur zorakılıq nümunəsi kimi qiymətləndirilir.
İstinadlar
Kateqoriya:Zorakılıq Kateqoriya:Sosioloji terminologiya Kateqoriya:Sosial sistemlər