Əbu Əmr Xəlifə ibn Xəyyat ibn Xəlifə əş-Şeybani əl-Bəsri (; ) — hədis hafizi, tarixçi, siyər və ənsab alimi.
Bioqrafiyası Həyatı haqqındakı məlumatlar olduqca azdır. Bəsrədə doğulub. Doğum tarixinin hicri 160-cı (777) il olduğu güman edilir. Mənşəyi naməlum olan Şəbab ləqəbi ilə tanınır. Atası və Babası hədis ravi olub.
Çox az səhayət etdiyi güman edilən Xəlifə, Bəsrə alimlərindən başda qiraət olmaqla Quran elmləri, hədis, əxbər və ənsab öyrənmiş və hədis rəvayət etmişdir. Hədis rəvayət etdiyi şəxslər arasında başda atası olmaqla, İsmayıl ibn Uleyyə, Əbdürrəhman ibn Mehdi, Süfyan ibn Uyeynə, Yəhya əl-Qəttan, Mötəmir ibn Süleyman və Əbu Davud ət-Təyalisi vardır.
Ondan da Buxari, Bəqi ibn Məhləd, İbn Əbu Asim, Abdullah ibn Əhməd ibn Hənbəl, Əbu Yəla əl-Mövsili, Dərimi, Əbdan əl-Əhvazi və Zəkəriyya əs-Saci hədis rəvayət etmişdir.
Xəlifə hicri 240-cı (854–55) ildə vəfat etmişdir.
Əsərləri Xəlifə ibn Xəyyat "Kitabüt-Təbəqat" (Təbəqatür-rüvət), "ət-Tarix" və "Müsnədü Xəlifə ibn Xəyyat" adlı əsərlərin müəllifidir. İbn ən-Nədimin bildirdiyinə görə, Xəlifə "Kitabü Təbəqatil-qurra", "Kitabü Tarixiz-zəmnə vəl-ürcan vəl-mərda vəl-ümyan" və "Kitabü Əczail-Quran və əşarih və əsbəih və ayətih" adlı əsərlərin də müəllifidir.
İstinadlar
Kateqoriya:Sünni müsəlman İslam alimləri Kateqoriya:Ravilər Kateqoriya:Ərəb tarixçilər Kateqoriya:VIII əsr ərəbləri Kateqoriya:IX əsr tarixçiləri