Karter Braun (; ) — Əsl adı Alan Cefri Yeyts () olan, dedektiv ədəbiyyatı üzrə ingilis əsilli avstraliyalı yazıçı.

Karyera

Boş vaxtlarında o, "Invincible Press" tərəfindən qəbul edilən bir vestern yazdı və burada ona 20 funt sterlinq və ya hər 1000 söz üçün 1 funt sterlinq ödəndi. Tezliklə o, həmçinin "Horwitz Publications" üçün yazmağa başladı və burada "Paul Valdez" və "Tod Conway" təxəllüsləri ilə qorxu, elmi fantastika və detektiv hekayələr yazdı. Nəşriyyatçı onu cinayət janrı novellalarına və sonra da tammetrajlı detektiv romanlarına diqqət yetirməyə təşviq etdi, bunlardan birincisi "Murder is My Mistress" (1954) oldu. Bunlar "Peter Carter Brown" və "Peter Carter-Brown" təxəllüsləri ilə nəşr olundu.

"Horwitz" ona müəlliflik hüququ qarşılığında həftəlik 30 funt sterlinq gəlir təmin edən müqavilə bağlayaraq onu, tam zamanlı yazıçı olmağa cəlb etdi. 1950-ci illərin ortalarında Yeyts ildə iyirmiyə yaxın kitab yazırdı; onlar həmçinin İngiltərədə və Finlandiyada nəşr olunurdu. 1958-ci ildə "New American Library" onun romanlarını ("The Body" ilə başlayaraq) "Signet" etiketi altında və müəllif "Carter Brown" kimi göstərilməklə nəşr etməyə başladı, bu ad Amerika bazarı üçün ən uyğun hesab edildi. Nəticədə onun kitabları alman və yapon da daxil olmaqla on dörd dilə tərcümə olundu.

İstinadlar

Xarici keçidlər Petri Liukkonen, Carter Brown, Authors Calendar Carter Brown at Fantasticfiction.co.uk Carter Brown at Internet Book List (incomplete bibliography) Carter Brown / Alan Yates, Caroline Farr etc... bibliographies 1–2 at Hard-Boiled site (Comprehensive Bibliographies by Vladimir) AustLit: The Australian Literature Resource

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:1923-cü ildə doğulanlar Kateqoriya:1 avqustda doğulanlar Kateqoriya:Londonda doğulanlar Kateqoriya:1985-ci ildə vəfat edənlər Kateqoriya:5 mayda vəfat edənlər Kateqoriya:Avstraliya yazıçıları Kateqoriya:XX əsrin İngiltərə romançıları Kateqoriya:Detektiv yazıçıları