Qazaxıstanın Azərbaycandakı səfirliyi — Qazaxıstanın Azərbaycanda diplomatik nümayəndəliyi. Səfirlik Qazaxıstan Respublikasınını Azərbaycanda təmsil edir.

Səfirlik Qazaxıstanın rəsmi nümayəndəliyi olaraq iki ölkə arasında diplomatik münasibətlərə aid bütün məsələləri əhatə edir. O, Qazaxıstanın siyasi, iqtisadi, maliyyə və hüquqi məsələlər, eləcə də elm, təhsil, mədəniyyət və s. sahələrində maraqlarını təmsil edir.

2023-cü ildən Qazaxıstanın Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Alim Bayeldir.

Tarixi Azərbaycan və Qazaxıstan arasında diplomatik münasibətlər 1992-ci ilin avqustuda qurulub.

1993-cü ildə Qazaxıstanın Azərbaycanda, 2004-cü ildə isə Azərbaycanın Qazaxıstanda səfirliyi açılıb. Həmçinin 2008-ci ildən Aktau şəhərində Baş konsulluq fəaliyyətə başlamışdır.

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, həmçinin Qazaxıstan Parlamenti Senatı və Məclisində Azərbaycanla əməkdaşlıq üzrə işçi qrupu fəaliyyət göstərir.

Qazaxıstan Respublikasının Azərbaycanda səfirləri Qazaxıstanın Azərbaycanda səfiri Qazaxıstan Respublikasını Azərbaycanda təmsil edən ən yüksək diplomatik vəzifəli şəxsdir.

Səfir Müddət başlanğıcı Müddətin sonu İbrahim Amanqəliyev 1993 1998 Rəşid İbrayevAZƏRBAYCAN PREZİDENTİ HEYDƏR ƏLİYEV QAZAXISTAN SƏFİRİNİ QƏBUL ETMİŞDİR 1998 2002 Andar ŞukputovAZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV QAZAXISTANIN ÖLKƏMİZDƏKİ SƏFİRİ ANDAR ŞUKPUTOVU QƏBUL ETMİŞDİR 2002 2007 Serik Primbetovİlham Əliyev Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul etmişdir 15 fevral 2013 2008 2013 Amangeldı Jumabayevİlham Əliyev Qazaxıstanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib 01 aprel 2015 2013 2015 Beybit İsabayevİlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 19 aprel 2015 2015 2019 Serjan Abdıkarimovİlham Əliyev Qazaxıstanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib 14 oktyabr 2019 2019 2023 Alim Bayel 2023

Həmçinin bax Azərbaycanın Qazaxıstandakı səfirliyi

İstinadlar

Xarici keçidlər Embassy of the Republic of Kazakhstan in the Republic of Azerbaijan Embassy of the Republic of Azerbaijan in the Republic of Kazakhstan

Kateqoriya:Qazaxıstanın ikitərəfli əlaqələri Kateqoriya:Qazaxıstanın xarici siyasəti Kateqoriya:Qazaxıstan səfirləri Kateqoriya:Azərbaycanın ikitərəfli əlaqələri Kateqoriya:Azərbaycanın xarici siyasəti