Lokport () — ABŞ-nin Nyu-York ştatının Niaqara dairəsində yerləşən şəhər və ona bitişik yaşayış məntəqəsi. Şəhər Niaqara dairəsinin inzibati mərkəzidir. 2010-cu il siyahıyaalınmasının nəticələrinə əsasən, burada 21 165 nəfər əhali yaşayırdı, 2019-cu ilə dair təxmini hesablamalara görə isə əhalinin sayı 20 305 nəfər olmuşdur.

Şəhərin adı onun ərazisində yerləşən Eri Kanalının bir sıra şlüzlərindən götürülmüşdür. Bu şlüzlər barjların (Baraj — motoru olmayan, əsasən çay və kanallarda yük daşımaq üçün istifadə edilən yastı gövdəli gəmi tipidir. Onlar adətən başqa gəmi və ya dartıcı ilə bərabər hərəkət etdirilirlər) 18 metr hündürlüyündəki Niaqara silsiləsini keçə bilmələri üçün tikilmişdir. Lokport Baffalo — Niaqara şəlaləsi aqlomerasiya regionunun bir hissəsidir.

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Kateqoriya:Niaqara qraflığı (Nyu-York) Kateqoriya:Nyu-York ştatının şəhərləri Kateqoriya:Buffalo-Niagara Falls metropoliten ərazisi