Energetika terminləri lüğəti — Bu lüğət (sözlük) Azərbaycan Respublikasının energetika qanunverilciyində əsas anlayış kimi təsbit edilmiş anlayışların və təriflərin toplusunu əks etdirir.
Bu lüğətdə (( )) işarələri terminin hansı hüquq sahəsinə və ya institutuna aid olduğu, { } işarələri ilə isə şərhlər seçilmişdir.
A Abonent ((elektroenergetika)) – elektrik qurğuları enerjitəchizatı müəssisəsinin elektrik şəbəkələrinə qoşulmuş və elektrik enerjisinin alqı-satqı müqaviləsini enerjitəchizatı müəssisəsi ilə bağlayan istehlakçı. {Təklifolunan: elektriktəchizat abonenti}. {Qeyd: Elektrik istifadə Qaydaları Elektroenergetika Qanununda nəzərdə tutulmadığına görə, ləğv olunacağı gözlənilir} (həmçinin bax: abunəçi) Abonent ((istilik energetikası)) – enerji təchizatı müəssisəsinin şəbəkəsinə qoşulmuş, istilik və isti su təchizatı xidmətlərinə dair müqaviləni (bundan sonra – müqavilə) enerji təchizatı müəssisəsi ilə bağlayan istehlakçı. {Təklifolunan: istiliktəchizat abonenti} Açıq keçirici hissə – elektrik qurğusunun normal rejimdə gərginlik altında olmayan, amma əsas izolyasiya zədələndikdə gərginlik altına düşməsi mümkün olan toxunmağa əlçatan keçirici hissəsi Açıq paylayıcı qurğu – əsas avadanlıqları açıq havada yerləşən paylayıcı qurğu Açılma planı – elektrik enerjisinin təminatında məhdudiyyətləri nəzərdə tutan və Elektrik şəbəkəsinə dair Qaydalar əsasında tərtib və icra edilən plan. {Təklifolunan: elektrikdayandırma planı} Agentliyə ödənilən haqlar – müəssisələr tərəfindən Enerji Məsələlərini Tənzimləmə Agentliyinə ödənilən dövri ödənişlər. {Təklifolunan: enerqo-tənzimləmə haqları} Ağıllı sayğac – istehlak olunan enerjinin miqdarını və dəyərini zamana görə ölçən, məlumatların müasir informasiya və kommunikasiya texnologiyalarından istifadə etməklə, təchizatçılara və istehlakçılara çatdırılmasını təmin edən müasir ölçmə cihazı Aktiv ada rejimi ((elektroenergetika)) – azı 1 ədəd güc generasiya modulu, yaxud yüksəkgərginlikli sabit elektrik cərəyanı sisteminə malik olan, əlaqəli elektroenergetika sistemindən izolyasiya olunmuş, tezliyi və gərginliyi tənzimləyərək müstəqil fəaliyyət göstərən elektrik şəbəkəsinin iş rejimi Aktiv güc – tam gücün kVt və ya MVt ilə ifadə olunan həqiqi tərkib hissəsi Aktiv istehlakçı ((elektroenergetika və BOEM)) – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına 150 kVt-dək (150 kVt daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxslər. {Təklifolunan: aktiv elektroistehlakçı} (həmçinin bax: aktiv istehlakçı) Aktiv istehlakçı ((Elektrik istifadə Qaydaları və Aktiv ishtehlakçının dəstəklənməsi mexanizmi)) – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına gücü 150 kVt-a qədər (150 kVt da daxil olmaqla) elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs. {Qeyd: Elektrik istifadə Qaydaları Elektroenergetika Qanununda nəzərdə tutulmadığına görə, ləğv olunacağı gözlənilir. Bu tərif digər hüquqi aktlardakı tərifdən "gücü" sözü ilə fərqlənir} (həmçinin bax: aktiv istehlakçı) Aktiv istehlakçının balansı – Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi Qaydalarının 5.1-ci bəndində qeyd edilən düstur vasitəsilə hesablanan və əvvəlki hesabat dövrünün nəticəsi nəzərə alınmaqla cari hesabat dövründə əvəzləşdirmə nəticəsində yaranmış fərq Alınan elektrik enerjisi – hər bir Enerji Qəbulu Məntəqəsində qəbul olunan elektrik enerjisinin ayrı-ayrılıqda hesabat sayğaclarının aylıq göstəricilərinin cəmi deməkdir. {Qeyd: ÖSO-PSO müqaviləsinin təsdiqetmə səlahiyyəti Elektroenergetika Qanununda nəzərdə tutulmadığına görə, ləğv olunacağı gözlənilir} Alınan elektrik enerjisinin dəyəri – qəbul edilmiş elektrik enerjisinə görə Alıcının Satıcıya ödəməli olduğu vəsaiti bildirir. {Qeyd: ÖSO-PSO müqaviləsinin təsdiqetmə səlahiyyəti Elektroenergetika Qanununda nəzərdə tutulmadığına görə, ləğv olunacağı gözlənilir} Alışdırma – alışdırıcının və (və ya) əsas odluğun qaz-hava qarışığının aşkar alovun iştirakı ilə alovlanması prosesi Alovsuz yanma temperaturu – ekzotermik reaksiyaların kəskin artması və közərmənin baş verməsi ilə nəticələnən maddələrin (materialların, qarışığın) ən kiçik temperaturu Anker aşırımı – iki yaxın anker dayaqları arasındakı hava xətti sahəsi Anker dayaqları – yanaşı aşırımların dayaqları ilə naqil və trosların dartı qüvvəsini tam öz üzərinə götürən dayaqlar Aparatlar ((elektroenergetika)) – mövcud olan gərginlik sinifləri üçün açarlar, ayırıcılar, ayıranlar, qısaqapayıcılar, qoruyucular, boşaldıcılar, cərəyan məhdudlaşdırıcı reaktorlar, kondensatorlar, komplekt ekranlaşdırılmış cərəyandaşıyıcılar. {Təklifolunan: elektroaparatlar} Aparıcı tezlik subyekti – tezliyin 50 Hs-yə qaytarılması məqsədilə sinxronlaşdırılmış bölgə və ya sinxron zona daxilində tezliyi idarə edən, buna məsul olan sistem operatoru Aralıq dayaqlar ((elektroenergetika)) – naqillərin gərilməsini üzərinə götürməyən və ya qismən götürən, naqillərin dayaqda tutucu izolyator zəncirləri vasitəsilə bərkidildiyi dayaqlar. {Təklifolunan: elektronaqillərinin aralıq dayaqları} Asma izolyator ((elektroenergetika)) – cərəyan daşıyan elementləri dayaqlara, daşıyıcı konstruksiyalara və mühəndis qurğularının müxtəlif elementlərinə hərəkətli bərkitmək üçün nəzərdə tutulmuş izolyator. {Təklifolunan: asma elektrotəcridedicilər} Aşağı tezlik relesi – tezliyin Elektrik şəbəkəsinə dair Qaydaların 104.2-ci bəndində qeyd olunmuş həddən meyil etməsi zamanı onun tənzimlənməsi üçün istifadə olunan elektrik qurğusu Aşağı tezliyə məhdud həssas rejim – güc generasiya modulunun və ya yüksəkgərginlikli sabit elektrik cərəyanı sisteminin tezliyi nominal həddən aşağı düşdükdə çıxış aktiv gücü artan işləmə rejimi Aşırımın uzunluğu ((elektroenergetika)) – hava xəttinin iki dayağı və ya dayaqları əvəz edən konstruksiyası arasındakı hissəsinin üfüqi proyeksiyası. {Təklifolunan: elektronaqil aşırımının uzunluğu} Attestasiya – enerji auditinin həyata keçirməsi üçün ixtisas attestatının verilməsi məqsədilə namizədin bilik səviyyəsinin yoxlanılması. {Təklifolunan: energo-auditor attestasiyası}
B Bağlı kamera – hər tərəfdən bağlı və bütöv (torşəkilli olmayan) qapısı olan kamera Balans mənsubiyyəti sərhədi ((elektroenergetika)) – Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsi ilə abonent arasında, abonent ilə subabonent arasında elektrik şəbəkəsinin balans mənsubiyyəti ilə müəyyənləşdirilən ayırma nöqtəsi. {Qeyd: Elektrik istifadə Qaydaları Elektroenergetika Qanununda nəzərdə tutulmadığına görə, ləğv olunacağı gözlənilir} Balans mənsubiyyəti sərhədi ((elektrik şəbəkə qaydaları)) – sistem operatorları və ya sistem operatoru ilə istifadəçi arasında elektrik qurğularının balans mənsubiyyətini müəyyənləşdirən nöqtə Balans mənsubiyyəti sərhədi ((qaz)) – qazın nəqli və ya qazpaylayıcı sistem operatoru tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qazın nəqli və ya qazpaylayıcı sistem operatoru və istehlakçı arasında qaz şəbəkələrinin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi Balans mənsubiyyəti sərhədi ((istilik energetikası)) – enerji təchizatı müəssisəsi ilə istehlakçı və ya abonent ilə subabonent arasında istilik təchizatı sistemi qurğuları və avadanlıqlarının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi Balans mənsubiyyəti sərhədi ((Aktiv ishtehlakçının dəstəklənməsi mexanizmi)) – enerji təchizatı müəssisəsi ilə aktiv istehlakçı arasında elektrik qurğularının, habelə elektrik stansiyasının balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsi Balanslaşdırma((elektroenergetika)) – ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə (tezlik, güc və gərginlik həddi) uyğun elektrik enerjisinin istehsalı, saxlanması, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslər. {Təklifolunan: elektrobalanslaşdırma} Balanslaşdırma ((BOEM)) – ötürücü sistem operatoru tərəfindən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisinin istehsalı, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslər. {Təklifolunan: elektrobalanslaşdırma} Balanslaşdırma ((qaz)) – qaz təchizatı sisteminin balansını əməliyyat limitləri daxilində saxlamaq məqsədilə, qaz nəqli sistem operatoru tərəfindən qazın nəqli şəbəkəsinə qazı tələbata uyğun həcmlərdə verməklə və ya həmin şəbəkədən izafi qaz həcmlərini götürməklə qaz axınının tənzimlənməsi üzrə görülən tədbirlərin məcmusu. {Təklifolunan: qaztəchizat balanslaşdırması} Balanslaşdırma məsuliyyəti ((elektroenergetika)) – elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, saxlanmasının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların ötürücü sistem operatoru qarşısında elektrik enerjisinin qeyri-balansının tənzimlənməsindən irəli gələn maliyyə öhdəlikləri üzrə məsuliyyəti. {Təklifolunan: elektrobalanslaşdırma məsuliyyəti} Balanslaşdırıcı elektrik enerjisi – ötürücü sistem operatoru tərəfindən müəyyən edilmiş elektrik enerjisinin istehsal-istehlakının gündəlik qrafikinin icrası zamanı yaranan elektrik enerjisinin qeyri-balansının aradan qaldırılması üçün istifadə edilən elektrik enerjisi Balanslaşdırıcı qrup ((elektroenergetika)) – elektrik enerjisinin qeyri-balansının tənzimlənməsi üçün elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında müqavilə əsasında yaradılan və həmin müqavilə ilə müəyyən edilmiş qaydada hər bir iştirakçısının balanslaşdırma məsuliyyəti daşıdığı qrup. {Təklifolunan: elektrobalanslaşdırıcı qrup} Balanslaşdırıcı bazar ((elektroenergetika)) – ötürücü sistem operatoru tərəfindən balanslaşdırma funksiyası, həmçinin elektrik enerjisinin qeyri-balansı ilə bağlı maliyyə məsələlərinin həlli zamanı topdansatış bazarı subyektləri arasında yaranan münasibətlər sistemi. {Təklifolunan: elektrobalanslaşdırma bazarı} Balanslaşdırma qaydaları ((elektroenergetika)) – balanslaşdırıcı bazarda və köməkçi xidmətlər bazarında elektrik enerjisinin topdansatış bazarı subyektləri arasında yaranan münasibətləri tənzimləyən qaydalar. {Təklifolunan: elektrobalanslaşdırma qaydaları} Baş sərəncamçı – istehlakçının bilavasitə tabe olduğu mərkəzi və yerli icra hakimiyyəti orqanları, habelə digər büdcə təşkilatları Baş torpaqlayıcı şin – gərginliyi 1 kV-dək olan elektrik qurğusunun torpaqlayıcı hissəsi sayılan və bir neçə naqilin torpaqlama və potensialların bərabərləşdirilməsi məqsədilə birləşdirildiyi şin Baza ili ((elektroenergetika və qaz)) – tikinti obyektlərinin elektrik şəbəkəsinə və ya qazpaylayıcı şəbəkəyə qoşulma xidmətinə görə ödənişin hesablanmasına dair metodologiyada nəzərə alınan hesablama dövründən əvvəlki təqvim ili. {Təklifolunan: enerqotarif üçün baza ili} Baza istehlak səviyyəsi – müqavilənin bağlanıldığı ildən əvvəlki ildə enerji resurslarının hər bir növü və isti su üzrə ölçmə vasitələrinin göstəriciləri əsasında müəyyən edilmiş istehlak miqdarı Bazar operatoru ((elektroenergetika)) – elektrik enerjisinin mərkəzləşdirilmiş bazarının fəaliyyətini təşkil etmək məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) {Azərbaycan Respublikasının Prezidenti} tərəfindən yaradılan hüquqi şəxs. {Təklifolunan: elektrobazar operatoru} Bazara yerləşdirilmə ((ekoloji dizayn tələbləri və etketlənmə qaydaları)) – məhsulun ilk dəfə Azərbaycan Respublikasının ərazisində satışa çıxarılması Bərpa olunan enerji mənbələri – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və sair). {Təklifolunan: yenilənəbilənlər} Bərpa olunan enerji – davamlı şəkildə bərpa olunan mənbələrdən hasil edilən bütün enerji formalarını, xüsusilə aşağıdakıları bildirir: