Novi Sad (qeyri-rəsmi olaraq hərfi tərcüməsi Yeni Bağ olan variant da istifadə olunur; serb. Нови Сад [nôvi: sâ:d], mac. Újvidék, slov. Nový Sad, rusin. Нови Сад, alm. Neusatz). Serbiyanın əhalisi ən sıx olan ikinci şəhəridir. Ölkənin şimalında, Dunay sahillərində yerləşən Voyevodina muxtar vilayətinin inzibati mərkəzidir. Baç-Bodrog tarixi bölgəsində, Baçka və Srem sərhəddində yerləşir. 2022-ci il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 260,438 nəfər, aqlomerasiyanın əhalisi 368,967 nəfərdir. Şəhər çoxmillətli tərkibə malikdir. Burada serblər, macarlar, slovaklar, rusinlər, ruslar, almanlar, xorvatlar, çexlər və b. yaşayırlar.

Şəhərin əsası, 1694-cü ildə, serb tacirlərinin Dunay çayının əks sahilində, Petrovaradin qalasından yaşayış məntəqəsi yaratdıqda Ratska Varoş (Racka Varoš, Ratzen Stadt, Ratzenstadt) adı ilə qoyulub. XVIII-XIX əsrlərdə Novi Sad mühüm ticarət və sənətkarlıq mərkəzinə, eləcə də bölgədəki Serb mədəniyyətinin mərkəzinə çevrilərək "Serb Afinası" ləqəbini qazanıb. // Official website of city of Novi Sad.— 21.09.2011 1848-1849-cu illər inqilabı zamanı şəhərə ciddi ziyan dəyib, lakin sonradan yenidən qurulub.

Bu gün Novi Sad Serbiya iqtisadiyyatının sənaye və maliyyə mərkəzi, eləcə də böyük mədəniyyət mərkəzidir. Şəhərin yaxınlığında əsasən idman və kənd təsərrüfatı məqsədləri üçün istifadə olunan hava limanı var.

Novi Sad, 2019-cu ildə Avropanın gənclik paytaxtı, 2022-ci ildə Avropanın mədəniyyət paytaxtı, 2023-cü ildə isə UNESCO mediamədəniyyətinin kreativ şəhəri seçilmişdir.

Etimologiysı Serb dilindən Нови Сад (Novi Sad) " yeni bağ" kimi tərcümə olunur.

Novi Sadda rəsmi dillər serb, macar, slovak və rusin dilləridir. Buna görə də macar dilində Újvidék, slovak dilində Nový Sad, rusin dilində isə Нови Сад kimidir. Bundan əlavə, şəhərdə istifadə olunan və ya keçmişdə istifadə olunmuş dillərdəki adı Latın dilində adı Neoplanta, almanca Neusatz və ya Neusatz an der Donau, xorvat və rumınca Novi Sad, bolqarca Mlada Loza olmuşdur.

İlk dövrlər şəhərin adı Ratzen Stadt, Ratzenstatt və ya Peterwardeiner Schantz olmuşdur, müasir adını ancaq 1748-ci ildə almışdır.

Tarixi

İqtisadiyyat

İqlim

Nəqliyyat

Əhali 1694-cü ildə Novi Sad salındıqdan etibarən şəhərin ən böyük etnik qrupu serblər olmuşdur.

2022-ci il siyahıya alınmanın nəticələrinə görə, slovakların üstünlük təşkil etdiyi Kisaçdan başqa yedə qalan bütün inzibati ərazilərində serblər üstünlük təşkil edir. Şəhər üzrə serblər 78,3%, macarlar 2,6%, slovaklar 1,4%, xorvatlar 1%, ruslar 0,7%, monteneqrolular 0,4%, rusinlər 0,4%, başqa millətlər birlikdə 3,9% təşkil etmişlər. Yerdə qalanlar isə etnik mənsubiyyəti qeyd olunmamışlardır.

İdman Məhşur tennisçi Monika Seleş Novi Sadda anadan olmuşdur.

Qalereya thumb|Novi Sad şəhırinin mərkəzi thumb|Məryəm kilsəsi thumb|Nikolayevska küçəsi, 1 thumb|Dunavska küçəsi, 29 thumb|Trg slobode, 7 ünvanında bina thumb|Novi Sad, 1999-cu ildə NATO bombardmanından sonra

İstinadlar

Kateqoriya:Avropanın liman şəhərləri Kateqoriya:Serbiya şəhərləri Kateqoriya:Voyevodina Kateqoriya:Dunay çayı ətrafında yaşayış məntəqələri