Maykl Kremer () — Amerikalı iqtisadçı və mütəxəssis. O, Abirjit Banerji və Ester Düflo ilə birlikdə İqtisadiyyat Elmləri üzrə 2019-cu il Nobel Mükafatına layiq görülüb. The Prize in Economic Sciences 2019 (PDF) (Press release). Royal Swedish Academy of Sciences. 14 октября 2019. Архивировано (PDF) 14 октября 2019. Дата обращения: 14 октября 2019. ABŞ Milli Elmlər Akademiyasının üzvü (2020il) National Academy of Sciences Elects New Members Архивная копия от 25 февраля 2021 на Wayback Machine, 27 апреля 2020 (англ.)

Həyat yolu 1985-ci ildə Harvard Kollecində Sosial Elmlər üzrə bakalavr dərəcəsi və 1992-ci ildə Harvard Universitetində İqtisadiyyat üzrə PhD dərəcəsi alıb. O, Harvard Universitetində Bill və Melinda Geyts Fondunun Sosial İnkişaf üzrə Professorudur. Amerika İncəsənət və Elmlər Akademiyasının üzvü, MacArthur Təqaüdü və Prezident Tədris Təqaüdü alıb və Dünya İqtisadi Forumu tərəfindən Gənc Qlobal Lider seçilib. M. Kremerin tədqiqat maraqları həvəsləndirici tədqiqatlara yönəlmişdir. Xüsusilə, inkişaf etməkdə olan ölkələrdə peyvəndin stimullaşdırılması mexanizmlərinin inkişafı, eləcə də sosial elm müdaxilələrini qiymətləndirmək üçün təsadüfi üsullardan istifadəyə yönəlmişdi. O, Abirjit Banerji və Ester Düflo ilə birlikdə "Qlobal yoxsulluğun həllində tətbiqi yanaşmalarına görə" 2019-cu ildə İqtisadiyyat Elmləri üzrə Nobel Mükafatına layiq görülüb.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:ABŞ iqtisadçıları Kateqoriya:Nyu-York şəxsləri Kateqoriya:ABŞ yəhudiləri Kateqoriya:XX əsr ABŞ şəxsləri Kateqoriya:XX əsr iqtisadçıları Kateqoriya:XXI əsr ABŞ şəxsləri Kateqoriya:XXI əsr ABŞ yazıçıları Kateqoriya:İnkişaf iqtisadiyyatı