Pseudechis colletti — Həmçinin Kollett ilanı, Kollett kobrası və ya Daun pələng ilanı kimi tanınan, Elapidae ailəsinə aid zəhərli bir ilan növüdür. Bu növ Avstraliyaya endemikdir. Kollett ilanı ölümcül bir dişləmə qabiliyyətinə malikdir və dünyada 19-cu ən zəhərli ilan hesab olunur.

Taksonomiya və etimologiya

Kollett ilanı, ümumiyyətlə qara ilanlar kimi tanınan Pseudechis cinsindəki bir neçə növdən biridir. Mitoxondrial DNT üzərində aparılan bir araşdırma, onun maviqarın qara ilanla (P. guttatus) ən yaxın qohum olduğunu, Papua qara ilanı (P. papuanus) isə cütlüyün ən yaxın qohumu olduğunu göstərdi.

Belçikada doğulan ingilis zooloqu Corc Albert Bulencer 1902-ci ildə P. colletti növünü təsvir etdi (Pseudechis colletti, new species). və onu norveçli zooloq Robert Kollettin şərəfinə adlandırdı.Beolens, Bo; Watkins, Michael; Grayson, Michael (2011). The Eponym Dictionary of Reptiles. Baltimore: Johns Hopkins University Press. xiii + 296 pp. . (Pseudechis colletti, p. 56). Kollett tərəfindən gənc bir ilan toplanmışdı və Boulenger onun pulcuq naxışının Papua qara ilanından fərqli olduğunu qeyd etmişdi.

İstinadlar

Xarici keçidlər