İndiya Xuliana (; ) — XVI əsrin erkən müstəmləkə dövründə Paraqvayda, yeni qurulmuş Asunsyonda yaşamış xristianlığa çevrilmiş quarani mənşəli qadının adıdır. O, ispan müstəmləkəçisini öldürməsi və sonradan müqavimət rəmzinə çevrilməsi ilə tanınır.
Xuliananın tarixi İndiya Xuliana ispanlar tərəfindən oğurlanmış və ya qəbilə başçılarından xərac kimi alınmış, qul kimi işlədilən və ispan kişilər üçün uşaqlar dünyaya gətirməyə məcbur edilən yerli qadınlardan biri idi. Bu bölgə gözlənildiyi kimi zəngin mineral ehtiyatlarına malik olmadığı üçün ispan müstəmləkəçiləri sərvəti yerli əhalinin məcburi əməyindən, o cümlədən doğum yaşında olan qadınların cinsi istismarından əldə edirdilər.
İndiya Xuliananın hekayəsi, qısa müddət ərzində bu ərazidə hakimiyyət sürmüş adelantado Alvaro Nunyes Kabeza de Vakanın və onun katibi Pero Ernandesin 1545-ci il hesabatlarından götürülüb. Məlumata görə, İndiya Xuliana ispan məskunlaşanlardan biri olan Nunyo de Kabreyanı — onun ya həyat yoldaşı, ya da sahibi olan şəxsi – otlarla zəhərləyib və günahını etiraf etməsinə baxmayaraq, azad edilib. Asunsyona gəldikdə, Kabeza de Vaka onun haqqında öyrənərək edamına qərar verir və bunu digər yerli qadınlara dərs olsun deyə həyata keçirir. Bildirilir ki, Asunsyonun qurucusu Domingo Martinez de İrala onun üçün müdafiə olunmağa çalışsa da, Kabeza de Vaka onu danlayaraq qızın vəhşicəsinə edamını həyata keçirib.
Kabeza de Vakanın hesabatı İralanın müstəmləkədəki siyasətinin gətirdiyi "xaosu" ifşa etmək məqsədi daşıyırdı. O, İndiya Xuliananın digər qadınları da sahibkarlarını öldürməyə çağırdığını yazaraq, bunun açıq şəkildə isyana təşviq olduğunu vurğulayırdı.
Sonraki təfsirlər İndiya Xuliana Paraqvayın qadın tarixində simvolik bir fiqur sayılır və onun digər yerli qadınları öz sahiblərini öldürməyə təşviq etməsi bu dövrdə yerli xalqın ən erkən üsyanlarından biri kimi qiymətləndirilir. Onun hekayəsi müxtəlif ideoloji baxışlarla fərqli versiyalarda təqdim edilib.
Bəzi tarixçilər onu ispanlarla əməkdaşlıq edən və vahid paraqvay milləti qurmağa çalışan bir fiqur kimi təsvir etsələr də, əksəriyyət onu üsyankar və müstəmləkəçiliyə qarşı müqavimət rəmzi kimi qəbul edir. Bəzi millətçi yanaşmalarda o, "vətən qəhrəmanları" üslubunda qılınc və ya xəncər daşıyan, ispan düşmənini öldürən və Paraqvay xalqının şərəfini qoruyan biri kimi göstərilir. İndiya Xuliana tez-tez ispan hakimiyyətinə qarşı üsyan başlatmış bir qvarani döyüşçüsü kimi təsvir edilir. Bəzi mənbələrə görə, o, qəbilə başçısının qızı olub və yerli qəbilələrlə ispanlar arasındakı ilkin sazişlərin bir hissəsi olaraq ispanlara verilib. O nun hekayəsi Argentina, Uruqvay və Paraqvay tarixçiləri tərəfindən araşdırılıb və müxtəlif kitablarda yer alıb. Müasir tədqiqatçılar onun həqiqi bir şəxs olduğunu və mifləşdirilmiş obraz olmadığını bildirirlər.
İrsi 300px|thumb|right|İndiya Xuliana məktəbi, Paraqvayda yerli qadınların təşkilatı. Bu gün İndiya Xuliana həm yerli xalqların, həm də qadın hüquqları uğrunda mübarizənin simvolu hesab olunur. Cənubi Amerikada qadınların tarixi irsini bərpa etmək məqsədilə onun obrazına müraciət edən aktivistlər və tədqiqatçılar var. Onun adı Paraqvayda bir sıra feminist qruplara, məktəblərə, kitabxanalara və yerli qadınların hüquqlarını müdafiə edən mərkəzlərə verilmişdir. 1992-ci ildən etibarən Asunsyondakı küçələrdən biri onun adını daşıyır. O, hər il Beynəlxalq Qadınlar Günündə və Qadınlara Qarşı Zorakılığın Ləğvi Günündə keçirilən yürüşlərdə bir simvol kimi qaldırılır. Onun obrazı ticarət məhsullarında, məsələn, futbolkalar və pivə etiketlərində istifadə olunub. 2020-ci ildə onun hekayəsi komiks formatında nəşr edilib, burada İndiya Xuliana quarani qəhrəmanı kimi təsvir olunub və ona yerli dildə "Arapi" (sülh, kainat və ya səma) adı verilib.
İstinadlar
Biblioqrafiya
Xarici keçidlər Instituto Paraguayo del Indígena (in Spanish), Paraguayan Institute for the Indigenous Peoples
Kateqoriya:Ərini öldürənlər Kateqoriya:Feministlər