Janet Afari (d.1958, Nyu-York, ABŞ) — feminist fəal, tarixi, dini və qadınlara dair mövzuların tədqiqatçısı. O, Kaliforniya Santa Barbara Universitetinin qlobal din və müasirlik üzrə Melliçampa kafedrasının rəhbəri və professor.

Bioqrafiyası Tehran Universitetində magistr dərəcəsi almışdır. 1991-ci ildə Ann Arborda Miçiqan Universitetində Tarix və Yaxın Şərq tədqiqatları üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. Afary Kaliforniya Santa Barbara Universitetində professor yoldaşı olan Kevin B. Anderson ilə evlənmişdir.

Onun tədqiqat sahələrinə müasir İran siyasəti və gender, müasir Yaxın Şərqdə seksuallıq, konstitusionalizm, vətəndaş azadlıqları, Yaxın Şərqdə ictimai sfera, Yaxın Şərqin kinosu və populyar mədəniyyəti, qlobal feminizm, feminist nəzəriyyəsi, müasir Cənubi Qafqaz və Mərkəzi Asiyanı incəsənət və folkloru daxildir. O, İran Konstitusiya İnqilabı ilə bağlı araşdırmalarında müəllifi kimi tanınır. Onun məqalələri The Nation, The Guardian və çoxsaylı elmi jurnallarda və redaktə edilmiş kolleksiyalarda dərc olunub.

Afary Kaliforniya Santa Barbara Universitetində dinşünaslıq professorudur. O, əvvəllər Purdue Universitetində Tarix Departamentində və Qadın Araşdırmaları fakültəsində dərs demişdir. 1980-ci illərdə Kaliforniya İran Yəhudi Assosiasiyasının koordinatoru vəzifəsində çalışmışdır. O, Beynəlxalq İran Araşdırmaları Cəmiyyətinin, Yaxın Şərq Qadın Araşdırmaları Assosiasiyasının və Amerika Tarixi Assosiasiyasının Tarixdə Qadınlar üçün Əlaqələndirmə Şurasının prezidenti vəzifələrində çalışmışdır.

Təltif və mükafatları Miçiqan Universitetində dissertasiya işinə görə O, Xorasa X.Rekhem adına təqaüdlə mükafatlandırılmışdır.

Afari 2008/2009-cu təhsil illərində Los Ancelesdə Kaliforniya Universitetində elmi əsərinə görə Balzana təqaüdü beynəlxalq fondu tərəfindən Keddi / Balzana təqaüdünə layiq görülmüşdür.

Almaniyada iranşünaslıq sahəsindəki tədqiqatlarına görə Dehxuda təqaüdünə layiq görülmüşdür.

Əsərləri

Kitabları

Pregnancy and Miscarriage in Qatar: Women, Reproduction and the State (Sex, Family and Culture in the Middle East), 2020 (Contributor)

(Winner of the British Society for Middle East Studies Annual Book Prize)

(Winner of the Latifeh Yarshater Book Award for Iranian Women's Studies, 2006)

İstinadlar Kateqoriya:İran yazıçıları Kateqoriya:XX əsr ABŞ qadınları Kateqoriya:XXI əsr ABŞ qadınları Kateqoriya:Alimlər