Virciniya Halas Makkaski (; ) — 1983-cü ildən 2025-ci ildəki ölümünə qədər Milli Futbol Liqasındakı "Çikaqo Bearz" klubunun sahibi olmuş amerikan futbol səlahiyyətlisi. O, "Çikaqo Bearz"ın təsisçisi olan Corc Halasın qızı idi və 1983-cü ildə atasının ölümündən sonra klubun mülkiyyətini miras olaraq əldə etmişdi. Klub onun rəhbərliyi altında 1986-cı ildə Superboulun qalibi olmuşdur.
Erkən həyatı O, "Çikaqo Bearz"ın təsisçisi və sahibi olan Corc Halas ilə Minni Buşinq Halasın ailəsində anadan olmuşdur və ailənin ən böyük uşağı idi. Virciniya atasının yanında işləmək üçün Dreksel Universitetində biznesin idarəedilməsi ixtisası üzrə təhsil alıb. O, yerli Pi Siqma Qamma qadın tələbə təşkilatının, katolik tələbələri birləşdirən Nyumen Klubunun, qadın tələbə təşkilatlarını birləşdirən Milli Panhelenik Konfransının və Gənc Xristian Qadınlar Assosiasiyasının aktiv üzvü idi. - lists chapters that existed at Drexel University; the Pi Sigma Gamma chapter there was founded after the national Pi Sigma Gamma organization closed/was absorbed into another organization.
Onun "Bearz" ilə bağlı ilk xatirəsi iki yaşında olarkən atası ilə birlikdə klubun nümayiş oyunları turuna səyahət etməsidir. Virciniyanın getdiyi ilk Milli Futbol Liqası (MFL) matçı isə o, 8 yaşında ikən 1932-ci il mövsümünün pleyoff oyunu olub. O, həmçinin həmin mövsüm ilk dəfə qapalı məkanda keçirilmiş MFL matçında və "Bearz"ın çempion olduğu 1940 MFL final oyununda tamaşaçılar arasında olub.
Şəxsi həyatı və ölümü Makkaski atasının təsisi etdiyi klub haqqında danışmaqdan çəkinən və biznes fəaliyyətini nadirən müzakirə edən biri kimi tanınırdı. O, 1943-cü ildə Ed Makkaski ilə evlənmişdir və onların 11 övladı, 21 nəvəsi, 40 nəticəsi və 4 kötükcəsi var. Makkaski Roma-Katolik kilsəsinə mənsub idi və həyatında "iman, ailə və futbol"un ayrılmaz olduğunu hesab edirdi.
Virciniya Makkaski 5 yanvar 2023-cü ildə 100 yaşını qeyd etmiş və 6 fevral 2025-ci ildə, 102-ci doğum günündən bir ay sonra vəfat etmişdir.
İstinadlar
Kateqoriya:ABŞ uzunömürlüləri Kateqoriya:İllinoys katolikləri Kateqoriya:İş qadınları Kateqoriya:ABŞ milyarderləri