Huma Natiq (d. 26 may, 1934, Urmiya, İran – ö. 1 yanvar, 2016, Paris, Fransa) — İran tarixçisi, Tehran Universitetinin tarix professoru idi.
Bioqrafiyası Human Natiq 26 may 1934-cü ildə İranda Pəhləvi rejimi mövcud olduğu illərdə Qərbi Azərbaycan ostanlığına daxil Urmiya şəhristanında doğulub.
İranın müasir tarixi üzrə mütəxəssis olub vəfatına qədər sonradan siyasi fəaliyyətinə görə köç etdiyi Fransanın paytaxtı Paris şəhərində yaşayıb. O, 1978-cu ildə başlamış İran İslam inqilabının fəallarından biri olub. İnqilab başa çatdıqdan sonra o, Tehran Universitetindən xaric edilmiş və Parisə köçməyə məcbur olmuşdur. Sorbonnada İranşünaslıq üzrə professor vəzifəsinə təyin edilmişdir. Sorbonnada Qacarlar dövründə İran tarixinə dair bir neçə məqalə dərc etdirmişdir.
Siyasi fəaliyyəti Huma Natiq siyasi fəaliyyətinə Parisdə tələbə olarkən başlayıb, onu “feminist və Milli Cəbhənin sol qanadına rəğbət bəsləyən” biri kimi təsvir ediblər. Nə qədər qəribə olsa da, İranda 1979-cu il inqilabı zamanı o, fundamentalist islamçıları dəstəkləyirdi və bütün qadınları hicab geyinməyə çağırırdı. O, İranlı Tələbələr Konfederasiyasının üzvü olub və həmin təşkilata ilk qoşulan qadınlardan biri idi. İran İslam İnqilabından sonra o, İran Xalq Fədai Partizanları Təşkilatı ilə əməkdaşlıq edib və təşkilatın parçalanmasından sonra azlıq fraksiyasının tərəfinə keçib.
İstinadlar Kateqoriya:XX əsr İran tarixçiləri Kateqoriya:Paris Universitetinin müəllimləri Kateqoriya:İran şəxsləri