Cəlilə bint Əli (; ) — Hicaz kralı Əli ibn Hüseynin qızı.Gourji C. Bekhor. (1990). Fascinating life and sensational death: the conditions in Iraq before and after the Six-Day War, G.C. Bekhor

1922-ci ildə Məkkədə dünyaya gəldi. Atası Məkkə əmiri Şərif Hüseynin oğlu Əli, anası isə onun xanımı Nəfisə xanımdır. Babasının ölümündən sonra atası Hicaz kralı oldu. Ancaq cəmi bir il sonra taxtdan endirildi. Ailəsiylə birlikdə İraq kralı olan əmisi I Feysəlin yanına sığındılar. Bacısı Aliyə əmisi oğlu I Qaziylə evli idi və bu səbəblə, İraq kraliçası olmuşdu.

Uzaq qohumu olan Şərif Hazim Tofiqlə evli idi. Ancaq övladları olmadı. 1947-ci ildə keçirdiyi əməliyyatın ardından bir daha övladının olmayacağı bildirildi. Bu isə onun mental səhhətini pozdu. 1955-ci ildə özünü yandıraraq intihar etdi. Xəstəxanaya çatdırılsa da, xilas edilə bilmədi.

İstinadlar