Abdullah ibn Əli əl-Haşimi (; ) — Hicaz kralı Əli ibn Hüseynin yeganə oğlu.Gourji C. Bekhor. (1990). Fascinating life and sensational death: the conditions in Iraq before and after the Six-Day War, G.C. Bekhor
1913-cü ildə Taifdə dünyaya gəldi. Atası Məkkə əmiri Şərif Hüseynin oğlu Əli, anası isə onun xanımı Nəfisə xanımdır. Babasının ölümündən sonra atası Hicaz kralı, Abdullah isə Hicaz taxt-tacının vəliəhdi oldu. Ancaq cəmi bir il sonra atası taxtdan endirildi və ailəsiylə birlikdə İraq kralı olan qardaşı I Feysəlin yanına sığındı. Bacısı Aliyə əmisi oğlu I Qaziylə evli idi və bu səbəblə, İraq kraliçası olmuşdu.
Əmisi I Feysəl və onun oğlu I Qazinin səltənətlərini gördü. Əmisi oğlunun avtomobil qəzasında həlak olmasının ardından taxta çıxarılan 4 yaşlı əmisi nəvəsi (eyni zamanda bacısı oğlu olan) II Feysəlin naibi təyin edildi. Dövlət idarəsini tam olaraq ələ aldı və ölkəni Britaniya lehinə idarə etdi. left|thumb|Parçalanan cəsədi hökumət binasından nümayi etdirilir, 14 iyul 1958, Bağdad 1941-ci ildə baş nazir Rəşid Əli əl-Qeylani rəhbərliyindəki çevrilişlə hakimiyyətdən uzaqlaşdırıldı. Ölkədən qaçaraq əmisi İordaniya kralı I Abdullaha sığındı. 1941-ci ildə Rəşid Əli əl-Qeylaninin hökuməti çökdü və İrana qaçdı. Ertəsi gün Bağdada dönən Abdullah yenidən naibliyi ələ aldı. 1953-cü ildə yetkinlik yaşına çatan və real hakimiyyəti ələ alan bacısı oğlu II Feysəlin ən yaxın məsləhətçisi oldu.
14 iyul inqilabı əsnasında Bağdaddakı Qəsr əl-Rihab sarayı üsyançıların hücumuna məruz qaldı. Hücum əsnasında güllələnən kral ailəsi üzvləri arasında Abdullah da vardı. Cəsədi Bağdad küçələrində gəzdirildi və ardından yandırıldı.
Ailəsi İlk evliliyi 1935-ci ildə Misir əsilli Mələk xanımla baş tutdu. Ancaq cütlük eyni il içində boşandı.
İkinci evliliyi 1948-ci ildə Misir əsilli Fövziyə Kamalla baş tutdu. Ancaq cütlük 1950-ci ildə boşandı.
Üçüncü evliliyi 15 iyun 1956-cı ildə Hiyam Məhəmməd Həbiblə baş tutdu. 14 iyul inqilabı əsnasında bu xanımı ölümdən xilas olan nadir kral ailəsi üzvlərindən biri oldu.
Heç bir evliliyindən övladı olmadı.
İstinadlar
Kateqoriya:Öldürülmüş siyasətçilər Kateqoriya:Devrilmiş monarxlar Kateqoriya:XX əsr siyasətçiləri Kateqoriya:Taxta çıxanmayan varislər Kateqoriya:İkinci Dünya müharibəsinin dövlət başçıları