Nərmin Fəzahir qızı Məmmədova () — Azərbaycan şahmatçısı, qadınlar arasında beynəlxalq qrosmeyster (2024).

Şahmat karyerası 2012-ci ildə 14 yaşadək qızlar arasında Azərbaycan çempionatının qalibi olub. Bir il sonra eyni yarışda üçüncü yeri tutub. 2013-cü ildə 20 yaşadək, 2014-cü ildə 16 yaşadək, 2015-ci ildə ildə isə 18 yaşadək qızlar arasında Azərbaycan birinciliyində gümüş medal qazanıb.

2012-ci ildə Rumıniyanın Yassı şəhərində keçirilmiş məktəblilərin şahmat üzrə dünya çempionatında qızların U-13 kateqoriyasında yarışan Nərmin, digər Azərbaycan təmsilçisi Günay Məmmədzadədən yarım xal geri qalaraq ikinci olub. 2013-cü ildə məktəblilərin şahmat üzrə Avropa çempionatında qızların U-15 kateqoriyasında gümüş medala layiq görülüb. Bir il sonra anoloji yarışda bürünc medal qazanıb.

2014-cü ildə qadınlar arasında Bakı cempionatının qalibi olub. 2015-ci ildə qadınlar arasında Azərbaycan çempionatında üçüncü yeri tutub.

2016-cı ilin sentyabrında Bakı şəhərində keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Azərbaycanın qadınlardan ibarət üçüncü komandasının heyətində birinci lövhədə çıxış edib.

Şəxsi həyatı Nərmin Məmmədova Azərbaycan şahmatçısı, beynəlxalq qrosmeyster və Azərbaycan çempionu (2013) Zaur Məmmədovun bacısıdır.

Qeydlər

İstinadlar

Xarici keçidlər Nərmin Məmmədova Chessbase.com saytında

Kateqoriya:Azərbaycanın qadın şahmatçıları Kateqoriya:Qadın şahmat qrosmeysterləri Kateqoriya:Şahmat Olimpiadalarının iştirakçıları