İvan Jilken ( ; ) — fransız dilində yazan belçikalı simvolist şair. Həyatı İvan Jilken Brüsseldə anadan olub. Luven Universitetində təhsil alıb. İvan Jilken XIX əsrin 90-cı illərdə “Gənc Belçika” jurnalına rəhbərlik edib. Onun simvolistlərlə sıx əlaqəsi var idi. Onun şeirlər toplusunun çap olunduğu kitabının illüstrasiyasını məşhur simvolist rəssam Odilon Redon təsvir etmişdir. Onun yetkin əsərləri dini və fəlsəfi mövzulara toxunmuş və çox bədbin idi. Onun ilkin yaradıcılığında dini, fəlsəfi və bədbin ruhlu şeirlərin üstünlük təşkil etməsi Şarl Bodler və Artur Şopenhauerdən təsirlənməsi ilə əlaqədardır.

1903 və 1909-cu illərdə Ədəbiyyat üzrə Nobel mükafatına namizəd göstərilib.

Əsərləri La Damnation de l'artiste (1890) Ténèbres (1892) Stances dorées (1893) La Nuit (1893) Prométhée (1897) Le Cerisier fleuri (1899) Jonas (1900) Savonarole (1906) Étudiants russes (1906) Le Sphinx (1907) Le Roi Cophétua (1919) Les Pieds d'argile (1921) Egmont (1926)

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Belçika şairləri