Lamin Yamal Nasraui Ebana (; ) — İspan futbolçu, "Barselona" klubunun və İspaniya millisinin vingeri. 2024-cü il Avropa çempionu. O, öz nəslinin ən perspektivli futbolçularından biri kimi tanınır.
Həyatı Lamin Yamal İspaniyanın Mataro şəhərində anadan olub. Atası mərakeşli, anası ekvatorial qvineyalıdır. 2014-cü ildə eyniadlı klubun akademiyasına daxil olduqdan sonra gəncliyinin çox hissəsini Barselonada keçirib. Müsəlmandır.
Karyerası
Klub 2023-cü ilin aprelində Lamin ilk dəfə "Atletiko Madrid" ilə La Liqa matçında klubun siyahısına daxil edilib, lakin həmin matçda o, meydana çıxmayıb. 29 aprel 2023-cü ildə "Real Betis" ilə matçda əvəzedici kimi meydana daxil olaraq La Liqada debüt edib. 15 yaş 290 gün olan Yamal, "Barselona" tarixində La Liqada ən gənc oyunçu olub. 20 avqust 2023-cü ildə o, ilk dəfə 16 yaş 38 gün ikən İspaniya çempionatının "Kadis"ə qarşı oyununda "Barselona"nın start heyətinə daxil edilib və XXI əsrdə ilk dəqiqələrdən matça girərək La Liqaya başlayan ən gənc oyunçu oldu. Bir həftə sonra, avqustun 27-də o, "Villarreal" ilə matçda qol ötürməsi etdi və 16 yaş 45 gün olarkən, XXI əsrdə La Liqada assist edən ən gənc müəllif oldu.
2 oktyabr 2023-cü ildə Lamin Yamal "Barselona" ilə müqaviləsini 2026-cı ilin 30 iyununa qədər uzatdı. Bir gün sonra, oktyabrın 4-də, Lamin 16 yaş 83 günlük olanda Çempionlar Liqasında "Porto" ilə oyun üçün komandanın start heyətinə daxil edildi və turnir tarixində ilk dəqiqələrdən meydana çıxan ən gənc oyunçu oldu. 4 dekabr 2023-cü ildə Lamin Yamal Qızıl oğlan mükafatına namizəd olan ən gənc oyunçuya verilən "The Youngest" kubokunu qazandı.
Milli O, 15 yaşadək, 16 yaşadək, 17 yaşadək və 19 yaşadək İspaniya milli komandalarında çıxış edib.
8 sentyabr 2023-cü ildə Lamin Yamal 16 yaş 57 günlük olduqda 2024-cü il Avropa çempionatının seçmə turnirinin A qrupunda Gürcüstan milli komandasına qarşı oyununda İspaniyanın əsas milli komandasının heyətində debüt edən ən gənc oyunçu olub. Bu həm də komandasının tarixində yeni rekord idi. O, həm də peşəkar karyerasında ilk qolunu vurub və İspaniya milli komandasının tarixində ən gənc qolçu, həmçinin XXI əsrdə milli komandanın ən gənc qolçusu olub.
2024-cü ilin yayında Lamin Yamal Avro-2024 oyunlarında iştirak etmək üçün İspaniya millisinə çağırılıb. 15 iyun 2024-cü ildə B qrupunda Xorvatiya millisi ilə qarşılaşmada o, 16 yaş 338 günlüyündə start heyətində meydana çıxıb və Avropa Çempionatları tarixinin ən gənc oyunçusu olub. Həmin görüşdə ispanlar 3:0 hesabı ilə qalib gəldilər və Lamin Yamal bir məhsuldar ötürmə ilə turnir tarixinin ən gənc assistenti olub. 9 iyul 2024-cü ildə Fransa ilə yarımfinal matçında o, qol vuraraq hesabı bərabərləşdirib. Nəticədə ispanlar 2:1 hesabı ilə qalib gəlib, Lamin Yamal görüşün ən yaxşı oyunçusu kimi tanınıb. 16 yaş 362 gün olmaqla o, həm də Avropa Çempionatları tarixində Johan Vonlanthenin rekordunu qıran ən gənc qolçu və Pelenin rekordunu qıraraq beynəlxalq turnirin yarımfinalında oynayan ən gənc oyunçu olub.
Mükafatları
Komanda Barselona İspaniya çempionu: 2022/23 Milli komanda İspaniya miliisi ilə 2024-cü il Avropa çempionu.
Şəxsi 17 yaşadək futbolçular arasında Avropa çempionatının bombardiri: 2023 La Liqada Mövsümün Gənc Oyunçusu: 2023/24 "Globe Soccer Awards" İlin Gənc Oyunçusu: 2024 La Liqada ayın qolçusu: mart 2024 La Liqada Ayın Gənc Oyunçusu: avqust 2023 2024-cü il Avropa çempionatının ən yaxşı gənc oyunçusu. 2024-cü il Avropa çempionatının ən yaxşı assistenti, (4 qol ötürməsi).
Futbolçu statistikası
Klub Klubunun heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 26 may 2024-cü il tarixinə qədərki dövrü əhatə edir. KlubMövsümLiqaMilli kubok (İspaniya Kral Kuboku)Qitə yarışları (UEFA Çempionlar Liqası)Digər (İspaniya Superkuboku)ÜmumiOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollarOyunlarQollarfarm-klub Barselona B FK2022/233000000030Ümumilikdə3000000030Barselona FKBarselona FK 2022/2023-cü illər mövsümündə1000000010Barselona FK 2023/2024-cü illər mövsümündə3751110021507Ümumi3851110021517Ümumilikdə karyerası ərzində4151110021547
Milli komanda 9 iyul 2024-cü ilə qədər keçirdiyi oyunlara görə + Milli komanda və illlər üzrə oyunlar və qollarMilli komandaİlOyunQollarİspaniya202342202491Ümumi133
9 iyul 2024-cü ildə keçirilmiş matçlara görə.
İlk siyahıda İspaniya hesabı, hesab sütunu hər Yamal qolundan sonra hesabı göstərir. + Lamin Yamalın vurduğu beynəlxalq qolların siyahısıSayTarixMəkanÇempionatRəqibHesabNəticəYarış1 8 September 2023 Boris Payçadze adına Dinamo Arena, Tbilisi, Gürcüstan 1 7–1 7–1 UEFA Avro 2024 seçmə mərhələ2 16 November 2023 Alphamega Stadium, Limasol, Kipr 3 1–0 3–1 UEFA Avro 2024 seçmə mərhələ3 9 July 2024 Allianz Arena, Münxen, Almaniya 13 1–1 2–1 UEFA Avro 2024
İstinadlar
Xarici keçidlər Lamine Yamal at the La Liga website
Kateqoriya:İspaniya futbolçuları Kateqoriya:İspaniya milli futbol komandasının oyunçuları Kateqoriya:Barselona FK futbolçuları Kateqoriya:UEFA Avropa Çempionatının qalib futbolçuları Kateqoriya:İspaniyanın kişi futbolçuları Kateqoriya:UEFA Avro 2024 futbolçuları Kateqoriya:İspaniya milli gənclər futbol komandasının oyunçuları Kateqoriya:La Liqa futbolçuları Kateqoriya:Futbol hücumçuları Kateqoriya:2026 FİFA Dünya Kuboku futbolçuları Kateqoriya:FİFA Dünya Kubokunun qalib futbolçuları Kateqoriya:Barselona B FK futbolçuları Kateqoriya:İspaniya müsəlmanları