Teo van Dusburq () – holland rəssamı, memar və dizayner.

1899-cu ildə naturalizm üslubunda rəngkarlıq əsərləri yaratmağa başlamışdır. Karikaturalar çəkmişdir. 1908–10-cu illərdə G. H. Breytner manerasında impressionist peyzajlar və portretlər işləmişdir. 1916–19-cu illərdə Vasili Kandinski və Piet Mondrianın təsirilə abstrakt əsərlər yaratmışdır. 1917-ci ildən "De Stijl", 1922–23-cü illərdə dadaistlərin "Mecano" jurnallarını nəşr etdirmişdir. 1921–22-ci illərdə Veymarda Bauhauzda seminar aparmışdır.

İstinadlar

Kateqoriya:Niderland memarları Kateqoriya:XX əsr rəssamları