Bala Cəfərli — Azərbaycan Respublikasının Qazax rayonunun Cəfərli kənd inzibati ərazi dairəsində kənd. Bala Cəfərli kəndi dağətəyi ərazidədir. Toponim "kiçik Cəfərli kəndi" mənasındadır.
Toponimikası Bala Cəfərli oyk., mür. Ağstafa çayının sahilində, Gəncə-Qazax düzənliyindədir. Oykonim "kiçik Cəfərli kəndi" deməkdir. Etnotoponimdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 221 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Coğrafiyası və iqlimi Bala Cəfərli kəndi Qazaxda dağətəyi ərazidir. Kəndin cəmi 50 hektar ərazisində 35 ev var. Elə ərazisinin kiçik olmasına görə də burası Bala Cəfərli adlanır. Cəfərli kəndinin qonşuluğunda yerləşir. Bu kənd Ermənistan Respublikası ilə sərhəddə yerləşir. Kənd tez-tez Ermənistan Ordusunun əsgərləri tərəfindən atəşə məruz qalır.Ermənilər növbəti dəfə atəşkəs rejimini pozublar
Həmçinin bax Qazax rayonu
Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qazax rayonunun kəndləri