Qarapapaq — Azərbaycan Respublikasının Qazax rayonunun Ağköynək kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Qarapapaq kəndi düzənlik ərazidə yerləşir. Toponim azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqların adı ilə bağlıdır. Ta qədimdən Cənubi Qafqazda, xüsusilə Kvemo Kartli və Göyçə gölü ətrafında yaşayan qarapapaqların böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XIX əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar Qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar.

Toponimikası Qarapapaq oyk., sadə. Düzənlikdədir. Bu toponim azərbaycanların etnoqrafik qrupu olan qarapapaq larin adı ilə bağlıdır. Qarapapaqlar türk tayfalarından birinin adıdır. Onlar elmi ədəbiyyatlarda qıpçaq, bəzən də xəzər mənşəli hesab olunurlar. Qədimdən Cənubi Qafqazda, xüsusilə Göyçə gölü ətrafında yaşayan qarapapaqlann böyük əksəriyyəti siyasi hadisələrlə əlaqədar XDC əsrin əvvəllərində Türkiyə və İrana köçmüşdülər. Rusiyada qalan qarapapaqlar qazax tayfa birləşməsinin tərkibində və Naxçıvanda yaşamışlar. Ermənistanın Krasnoselsk r-nunda Qarapapaq adlı dağ qeydə alınmışdır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1836 nəfər əhali yaşayır. Əhalinin 885 nəfəri kişilər, 951 nəfəri qadınlardan ibarətdir.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Həmçinin bax Qazax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti. Bələdiyyələr

İstinadlar

Kateqoriya:Qazax rayonunun kəndləri