Ağköynək — Azərbaycan Respublikasının Qazax rayonunun Ağköynək kənd inzibati ərazi dairəsində kənd.

Düzənlikdədir. Etnotoponimdir."Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007..

Tarixi Kənd 1899-cu ildə yaradılmışdır. Ağköynək kəndi düzənlikdə yerləşir. Yerli məlumatlara görə, toponim kəndin əsasını qoymuş ağköynək nəslinin adını daşıyır.

Toponimikası Ağköynək oyk., sadə. Düzənlikdədir. EtnotoponimdirAzərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 3410 nəfər əhali yaşayır. Kənd əhalisinin 1635 nəfəri kişilər, 1775 nəfəri qadınlardan təşkil olunmuşdur.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Görkəmli şəxsləri Şamoy Çobanov — (1965–1990) —Azərbaycanın Milli Qəhrəmanı. Arif İsə oğlu Qəribov — (1946–2011) — Biologiya elmləri namizədi. uzun müddət Ekologiya və Təbii Sərvətlər Nazirliyi nəzdində Ziyanvericilərlə və Xəstəliklərlə Mübarizə Mərkəzinin direktoru, Azərbaycan Dövlət pedoqoji universitetinin Qazax filialında prorektor vəzifələrində çalışmışdır. Bir sıra elmi kitab və məqalələrin müəllifidir. Şahnigar ağa Rənçur — (1850–1890) — Sufi ruhlu şerlər yazıb. Sayad Zeynalov — (1886–1942) — "Müqəddəs Georgi" ordeninin hər 4 dərəcəsi ilə təltif edilmişdir. Qazax milis şöbəsinin rəisi ,"El yardımı komitəsi"nin sədri və Gəncə milis idarəsinin rəisi kimi məsul vəzifələrdə işləyib. Möhsün Poladov — (1905–1966) — Azərbaycan SSR kənd təsərrüfatı naziri. Söhrab Salmanov (1941–2021) — Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti. Nəcəf Talıbov — (1956) — Azərbaycan Respublikası Auditorlar Palatası sədrinin elmi-metodik məsələlər üzrə müşaviri, Azərbaycan Respublikasının "Fəxri auditor"u. 1999-cu ildən Azərbaycan Respublikası Auditorlar Palatasının, 2000-ci ildən Beynəlxalq Daxili Auditorlar İnstitutunun (İİA) üzvü, "Tərəqqi" medallı. Ulu babası Talıb Qaçaq Kərəmin babası (ata babası) Molla Zalın qardaşıdır. Aşıq Məmmədyar — ( 1876 – 1966) — Azərbaycan aşığı.

Həmçinin bax Qazax rayonu

Xarici keçidlər Azərbaycan Respublikasi Qazax Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qazax rayonunun kəndləri