Sevil — 1929-cu ildə çəkilmiş Azərbaycan filmi. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli, 211 nömrəli Qərarı ilə Azərbaycan Respublikasında dövlət varidatı elan edilən filmlərin siyahısına daxil edilmişdir.

Məzmun 1919-cu il. Sevil (İzzət Oruczadə) savadsız bir qadındır. Ər evində min cür əzab əziyyətə dözür. Əri Balaşın (Ağasadıq Gəraybəyli) buyruğuna qul kimi müntəzirdir. Bununla belə, Balaş Sevilin bu fədakarlığını qiymətləndirmir. Sevil küçəyə atılır. Tək, kimsəsiz qadın məşəqqətlərə məruz qalır. Lakin yeni həyat Sevilin qurtuluş yolu olur. O, müstəqil həyata atılır... Film qadın azadlığı, məhdud dünyagörüşlü meşşanların, nadanların bu azadlığın yolunda əngəl olmaları kimi aktual məsələyə toxunur, eyni zamanda cəmiyyətdə öz yerini axtarıb tapa bilməyən, dədə-baba qaydalarına xor baxan, hətta öz doğma atasını belə bəyənməyən balaşları ifşa edir.

Film haqqında Film Cəfər Cabbarlının eyni adlı pyesinin motivləri əsasında çəkilmişdir.

Sənəti aktrisa olmasa da bu film İzzət Oruczadənin kinoda ilk işidir. Həmçinin, İzzət Oruczadə Azərbaycanın ilk milli kinoaktrisalarından biridir.C.Cabbarlı haqqında xatirələr. Bakı: Azərbaycan Uşaq və Gənclər Nəşriyyatı, 1960.- səh. 85.

Film operator Əsgər İsmayılovun kinoda ilk addımıdır.

Filmin heyəti

Film üzərində işləyənlər Əsərin müəllifi: Cəfər Cabbarlı Ssenari müəllifi: Cəfər Cabbarlı, Qriqori Braginski Rejissor: Aleksandr Bek-Nazarov Quruluşçu operator: İvan Frolov Quruluşçu rəssam: Aleksandr S. Qonçarski İkinci operator: Əsgər İsmayılov Rejissor assistenti: Qriqori Braginski

Rollarda İzzət Oruczadə — Sevil Ağasadıq Gəraybəyli — Balaş Mustafa Mərdanov — Atakişi (Balaşın atası) Bella Beletskaya — Ədilə Cənnət — Gülüş A.İ.Bəzirganov — Əlibəy Lətif Səfərov — Gündüz Rüstəm Kazımov — Rüstəm bəy Əzizə Məmmədova — dayə Qasım Zeynalov — Babakişi (Sevilin atası) thumbnail

İstinadlar

Mənbə Газ. "Кино". 11 декабря 1928 года. Mikayıl Mikayılov. “O bizimlədir” //Ədəbiyyat.- 1935.- 2 yanvar. Şəmsəddin Abbasov. “Sovet Azərbaycanının kinosu” //Kommunist.- 1958.- 29 avqust. Məmməd Arif. Mübariz sənətkar. "C.Cabbarlı haqqında xatirələr". Bakı, 1960.- səh. 106. Azərbaycan SSR Elmlər Akademiyası. Memarlıq və İncəsənət İnstitutu. Nazim Sadıxov. Azərbaycan bədii kinosu (1920-1935-ci illər). Bakı: Elm, 1970. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 12. Кино: Энциклопедический словарь / Гл. ред. С. И. Юткевич; Редкол.: Ю. С. Афанасьев, В. Е. Баскаков, И. В. Вайсфельд и др. — Москва: Советская энциклопедия, 1987. — стр. 40. Azərbaycan Elmlər Akademiyasının Əlyazmalar İnstitutu. Cəfər Cabbarlının arxivi, № 20, Q.26 (818). Aydın Kazımzadə. Azərbaycan kinosu. Filmlərin izahlı kataloqu: 1898-2002. 2 cilddə. 1-ci cild. Bakı: Nağıl evi, 2003. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh. 20; 242; 254. Aydın Kazımzadə. İki qadın, bir tale. Discovery Azerbaijan elmi-kütləvi turizm jurnalı; № 14 sentyabr-oktyabr. Azərbaycan Milli Ensiklopediyası: Azərbaycan. Ramiz Məmmədov. Kino. Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2007.- səh. 812. Zeynalova, A. "İlklərə imza atan xanım" (İ.M. Orucova haqqında) //Təhsil problemləri.- 2015.- 24-30 aprel.

Xarici keçidlər Filmi izlə

Həmçinin bax Sevil operası Sevil pyesi Sevil (1970)

Kateqoriya:1929-cu ilin Azərbaycan filmləri Kateqoriya:Tammetrajlı bədii filmlər Kateqoriya:Dram filmləri Kateqoriya:Səssiz filmlər Kateqoriya:Ağ-qara filmlər Kateqoriya:Bakıda çəkilən filmlər Kateqoriya:Azərbaycanfilm Kateqoriya:Ədəbi əsərlərin ekranlaşdırılması Kateqoriya:"Azərbaycanfilm" filmləri Kateqoriya:SSRİ-nin dram filmləri Kateqoriya:Azərbaycanın ağ-qara filmləri Kateqoriya:SSRİ-nin ağ-qara filmləri