thumb|400px|2026 dünya çempionu İspaniya milli futbol komandası FİFA Dünya Kuboku — Futbol üzrə ən əhəmiyyətli turnir. 1930-cu ildən bəri hər dörd ildən bir təşkil olunur. (İkinci dünya müharibəsi ilə əlaqədar 1942 və 1946-cı illər istisna olmaqla.) thumb|400px
Tarixi Dünyadakı ilk beynəlxalq futbol oyunu 20 noyabr 1872-ci ildə Qlazqo şəhərində Şotlandiya və İngiltərə arasında oynanıldı və 0–0 başa çatdı. İlk beynəlxalq turnir 1884-cü ildə başlayan British Home Championship-i idi. 20-ci əsrdə dünyada populyarlaşdıqdan sonra, futbol 1900 və 1904 Yay Olimpiya Oyunlarında medalsız şou idman növü kimi iştirak etdi (sonradan Beynəlxalq Olimpiya Komitəsi rəsmi bir yarış olaraq qəbul etdi). Dünyanın birinci kuboku və ya o vaxt rəsmi olaraq adlandırıldığı kimi, "Jül Rime mükafatı" uğrunda yarışlar 1930-cu ilin iyulunda Montevideoda keçirilmişdir. Lakin dünya birinciliyi yarışlarının prinsipi daha əvvəl, 1920-ci ilin aprelində FİFA-nın Antverpendəki konqresində razılaşdırılmışdı. Bu yarışın təşkilatçısı, onun ideyalarının müəllifi Fransa Futbol Federasiyasının prezidenti, eləcə də o zaman Antverpendə FİFA prezidenti seçilmiş Jül Rime idi. Turnirə onun adı verilmişdi.
Futbol üzrə dünyanın birinci çempionatının keçirilməsi haqqında son qərar 1928-ci ildə FİFA-nın Amsterdamdakı konqresində qəbul edilmişdi. Olimpiya Oyunlarında, demək olar ki, bütün komandalar gizli peşəkarlıq nümayiş etdirdiyindən dünyanın bütün yığma komandalarının həvəskar statusu tam formal xarakter daşımağa başlamışdı. Peşəkarların və həvəskarların bərabər olduqları müntəzəm dünya çempionatlarının keçirilməsi bu problemi həll etdi. O vaxtdan milli assosiasiyalarının rəhbərləri daha yüksək yarışda – dünya çempionatında çıxış etməkdə maraqlı oldular və peşəkar oyunçuları yığma Olimpiya komandalarına "itələmədilər". Peşəkar və həvəskar futbolçular üçün açıq olan belə çempionatların təşkili o vaxtlar riskli iş idi. Həm də FİFA elə bir ölkə axtarırdı ki, bu işə tamahkarlıq məqsədilə girişməsin. Olimpiya turnirləri ona, demək olar ki, gəlir gətirmirdi. Dünya çempiontlarının keçirilməsinə rəhbərlik etməklə Beynəlxalq Futbol Federasiyası gəlirin bölüşdürülməsində iştirak edə bilərdi və borca düşməzdi.
Nəticələr №İlEv sahibiİştirakçı sayıFinalTəsəlliverici finalÇempionHesabİkinciÜçüncüHesabDördüncü 1 1930 13 Uruqvay 4:2 Argentina ABŞ (1) Yuqoslaviya 2 1934 16 İtaliya 2:1əlavə vaxt Çexoslovakiya Almaniya 3:2 Avstriya 3 1938 15 İtaliya 4:2 Macarıstan Braziliya 4:2 İsveç 4 1950 13 Uruqvay (2) Braziliya İsveç (2) İspaniya 5 1954 16 Qərbi Almaniya 3:2 Macarıstan Avstriya 3:1 Uruqvay 6 1958 16 Braziliya 5:2 İsveç Fransa 6:3 Qərbi Almaniya 7 1962 16 Braziliya 3:1 Çexoslovakiya Çili 1:0 Yuqoslaviya 8 1966 16 İngiltərə 4:2əlavə vaxt Qərbi Almaniya Portuqaliya 2:1 SSRİ 9 1970 16 Braziliya 4:1 İtaliya Qərbi Almaniya 1:0 Uruqvay 10 1974 Qərbi Almaniya 16 Qərbi Almaniya 2:1 Niderland Polşa 1:0 Braziliya 11 1978 16 Argentina 3:1əlavə vaxt Niderland Braziliya 2:1 İtaliya 12 1982 24 İtaliya 3:1 Qərbi Almaniya Polşa 3:2 Fransa 13 1986 24 Argentina 3:2 Qərbi Almaniya Fransa 4:2əlavə vaxt Belçika 14 1990 24 Qərbi Almaniya 1:0 Argentina İtaliya 2:1 İngiltərə 15 1994 24 Braziliya 0:0(3:2)penaltilər İtaliya İsveç 4:0 Bolqarıstan 16 1998 32 Fransa 3:0 Braziliya Xorvatiya 2:1 Niderland 17 2002 / 32 Braziliya 2:0 Almaniya Türkiyə 3:2 Cənubi Koreya 18 2006 32 İtaliya 1:1 (5:3)penaltilər Fransa Almaniya 3:1 Portuqaliya 19 2010 32 İspaniya 1:0əlavə vaxt Hollandiya Almaniya 3:2 Uruqvay 20 2014 32 Almaniya 1:0əlavə vaxt Argentina Hollandiya3:0 Braziliya 212018 32 Fransa4:2 Xorvatiya Belçika2:0İngiltərə 22 2022 32Argentina3:3 (4:2) penaltilərFransaXorvatiya2:1Mərakeş 23 2026 48 İspaniya 1:0əlavə vaxt Argentina İngiltərə 6:4 Fransa242030(3)Elan ediləcək252034Elan ediləcək
Qeyd:
(1) 1930-cu ildə III yer uğrunda təsəlliverici final oyunu keçirilməyib. ABŞ və Yuqoslaviya yarımfinalda məğlub olub.
(2) 1950-ci ildə rəsmi final və təsəlliverici final oyunları keçirilməyib. Çempionluq uğrunda mübarizə 4 komandanın iştirakı ilə keçirilən qrup turnirindən ibarət olub. Lakin Uruqvayın Braziliyaya 2:1 hesabı ilə qalib gəldiyi oyunu de-fakto final oyunu adlandırmaq olar.
(3) Birinci Dünya Kubokunun yüzilliyini qeyd etmək üçün qrup mərhələsinin ilk oyunu Argentina, Uruqvay və Paraqvay da keçiriləcək.
Rekordları frameless|right|upright=2
Ən çox qol vurulan oyun - 12 qol
1954-cü il. Avstriya – İsveçrə – 7:5
Ən böyük hesablı qələbələr – 9 qol 1954-cü il. Macarıstan – Cənubi Koreya – 9:0 1974-cü il. Yuqoslaviya – Zair – 9:0 1982-ci il: Macarıstan – Salvador – 10:1
Ən erkən qolun müəllifi – 11-ci saniyə Hakan Şükür (Türkiyə): 2002-ci il. Türkiyə — Cənubi Koreya – 3:2
Finalda ən sürətli qol: 88-ci saniyə
Yohan Neeskens (Niderland): 1974-ci il. Qərbi Almaniya — Niderland – 2:1
Son qol: 120+1 dəqiqə
Alessandro Del Pyero (İtaliya): 2006-ci il. İtaliya — Almaniya — 2:0 Abdelmoumene Cəbou (Əlcəzair): 2014-ci il. Almaniya — Əlcəzair — 2:1
Normal vaxtda vurulan son qol: 102 dəqiqə 30 saniyə
Mehdi Taremi (İran): 2022-ci il. İngiltərə — İran — 6:2
Finalda vurulan indiyə qədərki ən gec qol: 120 dəqiqə
Ceff Hərst (İngiltərə). 1966-cü il. İngiltərə – Qərbi Almaniya – 4:2
Finalda vurulan ən son qələbə qolu: 115 dəqiqə 36 saniyə
Andres İnyesta (İspaniya). 2010-cü il. İspaniya – Niderland – 1:0
Ən çox Dünya Kubokunda iştirak – 6 dəfə Lionel Messi (Argentina, 2006-2026) Kriştiano Ronaldo (Portuqaliya, 2006-2026) Qiyermo Oçoa (Meksika, 2006-2026)
Ən azı bir qol vurduqları Dünya Kubokları: 6 dəfə
Kriştiano Ronaldo (Portuqaliya, 2006-2026)
Ən çox oyun keçirən futbolçu – 34 oyun Lionel Messi (Argentina, 2006-2026)
Ən çox qol vuran – 22 qol Kilian Mbappe (Fransa, 2018–2026)
Tək bir Dünya Kubokunda vurulan ən çox qol - 13 qol
Caz Fontayn (Fransa, 1958)
Oyun başına ən yaxşı qol ortalaması - Hər oyunda 2,2 qol
Sandor Kocsis (Macarıstan, 1954). 5 oyunda 11 qol vurulub
Bir oyunda ən çox qol vuran – 5 qol Oleq Salenko (Rusiya). 1994-cü il. Rusiya – Kamerun – 6:1
Dünya Kuboku finalında vurulan ən çox qol sayı - 3 qol
Ceff Hərst (İngiltərə). 1966-cü il. İngiltərə – Qərbi Almaniya – 4:2 Kilian Mbappe (Fransa). 2022-cü il. Argentina – Fransa – 3:3
Ən gənc futbolçu – 17 yaş 41 gün Norman Uaytsayd (Şimali İrlandiya). 1982-cü il.
Qol vuran ən gənc futbolçu – 17 yaş 239 gün Pele (Braziliya). 1994-cü il. Braziliya – Uels – 1:0
Ən yaşlı futbolçu – 45 yaş 161 gün Essam El-Hadary (Misir). 2018-cü il. Səudiyyə Ərəbistanı – Misir – 2:1
Ən yaşlı ən gənc futbolçu – 42 yaş 39 gün
Rocer Milla (Kamerun). 1994-cü il. Rusiya – Kamerun – 6:1
Futbolçu kimi ən çox dünya çempionu – 3 qat Pele (Braziliya). 1958, 1962, 1970
Futbolçu və məşqçi kimi ən çox dünya çempionu – 4 qat Mario Zaqallo (Braziliya). 1958 və 1962-ci illərdə futbolçu, 1970-ci ildə baş, 1994-cü ildə ikinci məşqçi kimi
Tam medal komplektinə (qızıl, gümüş, bürünc) sahib olanlar Franko Barezi (İtaliya). 1982-ci ildə qızıl, 1990-cı ildə gümüş və 1994-cü ildə bürünc. Cüzeppe Berqomi (İtaliya). 1982-ci ildə qızıl, 1990-cı ildə gümüş və 1994-cü ildə bürünc. Frans Bekkenbauer (Almaniya). 1966-ci ildə qızıl, 1970-cı ildə gümüş və 1974-cü ildə bürünc. Xorst-Diter Xettqes (Almaniya). 1966-ci ildə qızıl, 1970-cı ildə gümüş və 1974-cü ildə bürünc. Volfqanq Overa (Almaniya). 1966-ci ildə qızıl, 1970-cı ildə gümüş və 1974-cü ildə bürünc. Miroslav Kloze (Almaniya). 2014-cü ildə qızıl, 2002-ci ildə gümüş və 2006 və 2010-cu illərdə bürünc.
Ən çox iştirak edən yığma – 23 dəfə Braziliya (bütün turnirlərdə iştirak edən yeganə yığmadır)
Ən çox uduzan yığma – 28 dəfə Meksika
Ən çox Dünya Kuboku finalı oynanılıb – 8 dəfə
Almaniya. 1954, 1974, 1990 və 2014-cü illərdə qələbələr; 1966, 1982, 1986 və 2002-ci illərdə məğlubiyyətlər.
Ən çox oyun keçirən məşqçi – 27 oyun Didye Deşam (Fransa, 2014-2026).
Ən çox qələbəsi olan menecer – 20 oyun Didye Deşam (Fransa, 2014-2026).
Baş məşqçi kimi ən çox dünya çempionu olan – 2 dəfə Vittorio Pottso (İtaliya, 1934 və 1938).
Ən çox oyun idarə edən hakim – 11 dəfə Ravşan İrmatov (Özbəkistan, 2010–2022).
Ən sürətli sarı vərəqə – 13-cı saniyə Xesus Gallardo (Meksika). 2018-cü il. İsveç – Meksika – 3:0
Ən sürətli qırmızı vərəqə – 56-cı saniyə Xose Batista (Uruqvay). 1986-cü il. Şotlandiya – Uruqvay – 0:0
Xarici keçidlər
DFÇ Rəsmi Saytı
Kateqoriya:1930-cu ildə yarananlar Kateqoriya:FİFA