Venera, köhnəlmiş adı Zöhrəhttps://www.azleks.az/online-dictionary/z%C3%B6hr%C9%99?s=my zöhrə. Günəş sisteminə daxil olan yeddi ulduzdan biri və bütün görünən ulduzların ən parlağı; Karvanqıran, Venera — Günəş sistemində yerləşən ikinci planet./Ən isti planetdir.Günəş ətrafında hərəkətini 224,7 Yer gününə başa vurur."Venus: Facts & Figures". NASA. Günəş sistemində yerləşən digər planetlərə nisbətən ən uzun öz oxu ətrafında dönmə perioduna (243 gün) sahibdir və digər planetlərdən fərqli olaraq əks istiqamətdə fırlanır. Venera təbii peykə sahib deyildir. Onun adı Roma mifologiyasındakı sevgi və gözəllik ilahəsi olan Veneradan gəlir. Venera gecə səmasında Aydan sonra ən parlaq şəkildə görünən ikinci təbii göy cismidir və −4,6-ya çatan ulduz ölçüsü ilə kölgə yarada biləcək qədər parlaqdır və nadir hallarda aydın gündüzlərdə adi gözlə görülə bilər.Lawrence, Pete (2005). "In Search of the Venusian Shadow". Digitalsky.org.uk.Walker, John. "Viewing Venus in Broad Daylight" . Fourmilab Switzerland. Yerin orbiti daxilində dönən Venera daxili planetdir və heçvaxt Günəşdən çox uzaqlaşmır; Günəşdən maksimum bucaq uzaqlığı 47,8°-dır.
Venera Yer tipli planetdir və bəzən Yerin bacı planeti olaraq adlandırılır. Oxşar ölçüləri, kütləsi, tərkibi və Günəşə yaxınlığı səbəbindən belədir. Digər tərəfdən Yerdən ciddi şəkildə fərqlənir. Venera Yer tipli dörd planetin 96%-i karbon dioksid olan ən sıx atmosferinə sahibdir. Planetin atmosfer təzyiqi Yerdəki atmosfer təzyiqindən 92 dəfə daha çoxdur. Bu göstərici Yerdə suyun 900 m dərinliyində olan təzyiq göstəricisinə uyğun gəlir. Venera Günəş sisteminin ən isti planetidir. 462 °C-yə çatan səth istiliyi ilə Günəşə daha yaxın olan Merkuridən belə daha istidir. Venera səthinin birbaşa görünməsinə əngəl olan sulfat turşularının sıx bulud təbəqəsi ilə örtülmüşdür. Planetin keçmişdə su okeanlarına sahib olduğu düşünülür,Hashimoto, G. L.; Roos-Serote, M.; Sugita, S.; Gilmore, M. S.; Kamp, L. W.; Carlson, R. W.; Baines, K. H. (2008). "Felsic highland crust on Venus suggested by Galileo Near-Infrared Mapping Spectrometer data". Journal of Geophysical Research: Planets. 113: E00B24. Bibcode:2008JGRE..11300B24H. doi:10.1029/2008JE003134.David Shiga (10 October 2007). "Did Venus's ancient oceans incubate life?" . New Scientist. ancaq istixana effektinin təsiri ilə su tədricən buxarlanmışdır.Jakosky, Bruce M. (1999). "Atmospheres of the Terrestrial Planets". In Beatty, J. Kelly; Petersen, Carolyn Collins; Chaikin, Andrew. The New Solar System (4th ed.). Boston: Sky Publishing. pp. 175–200. ISBN 978-0-933346-86-4. OCLC 39464951. Ehtimal olunur ki, su fotoliz prosesinə məruz qalıb və planetin maqnit sahəsinin olmaması səbəbindən sərbəst hidrogen Günəş küləyinin təsiri ilə planetlərarası boşluğa yayılıb."Caught in the wind from the Sun" . European Space Agency. Veneranın səthi lövhə bənzəri qayalarla örtülmüş quru səhra kimidir və səthi püskürən vulkanlar səbəbindən daima yenilənir.
Səmadakı ən parlaq göy cisimlərindən biri olan Venera yazılı qeydlərin olduğu dövrlərdən bu yana mədəniyyətdə mühüm yer tutmuşdur. Venera çoxlu qədim mədəniyyətdə müqəddəs ilah kimi qəbul olunmuş, şair və yazıçılara səhər ulduzu, axşam ulduzu kimi adlarla ilham qaynağı olmuşdur. Venera e.ə. II minillik kimi erkən tarixdə hərəkətləri müəyyənləşdirilən ilk planetdir.Evans, James (1998). The History and Practice of Ancient Astronomy. Oxford University Press. pp. 296–7. ISBN 978-0-19-509539-5.
Yerə ən yaxın planet olan Venera planetlərarası ilk kəşflər üçün ən önəmli hədəf olmuşdur. 1962-ci ildə Mariner 2 kosmik gəmisinin etdiyi səfər başqa planetə edilmiş ilk kosmik səfərdir. Həmçinin 1970-ci ildə Venera 7 kosmik gəmisi ilə ilk dəfə başqa bir planetin səthinə enilmişdir. Veneranın qalın buludları səthinin görünməsinə əngəl olduğu üçün 1991-ci ildə Magellan kosmik gəmisinin səfərinə qədər planetin səthinin detallı təsvirləri yoxdu. Planeti daha dərindən öyrənmək üçün mürəkkəb missiyalar və roverlərin göndərilməsi kimi planlar təklif olundu, ancaq planetin sərt təbii şəraiti buna əngəl oldu.
Fiziki xüsusiyyətləri Venera Günəş sistemindəki dörd Yer tipli planetdən biridir. Venera da Yer tipli daxili planetlər kimi qaya quruluşludur. Ölçüsünə və kütləsinə görə Yerə oxşadığı üçün çox vaxt Yerin bacısı və ya əkizi olaraq adlandırılır.Lopes, Rosaly M. C.; Gregg, Tracy K. P. (2004). Volcanic worlds: exploring the Solar System's volcanoes. Springer Publishing. p. 61. ISBN 978-3-540-00431-8. Veneranın diametri 12092 kilometrə bərabərdir və bu göstərici Yerin diametrindən 650 kilometr azdır. Veneranın kütləsi Yerin kütləsinin 81,5%-ni təşkil edir. Veneranın təbii şəraiti Yerlə müqayisədə olduqca radikal təsir bağışlayır. Sıx olan atmosferinin 96,5%-ni karbon dioksid, 3,5%-ni isə azot təşkil edir."Atmosphere of Venus" . The Encyclopedia of Astrobiology, Astronomy, and Spaceflght
Coğrafiyası thumb|Veneranın ölçüsünün Yerlə müqayisəsi Veneranın səthinin quruluşu XX əsrdə planetologiya elminə məlum olana qədər bununla bağlı müxtəlif nəzəriyyələr vardı. 1975 və 1982-ci illərdə göndərilmiş Venera zondları vasitəsilə səhtin çöküntü ilə örtülmüş və maili qayalara sahib olan şəkilləri əldə olundu.Mueller, Nils (2014). "Venus Surface and Interior". In Tilman, Spohn; Breuer, Doris; Johnson, T. V. Encyclopedia of the Solar System (3rd ed.). Oxford: Elsevier Science & Technology. ISBN 978-0-12-415845-0. 1990–1991-ci illəri əhatə edən Magellan missiyası zamanı səthin detallı xəritəsi hazırlandı. Səthin vəziyyəti geniş vulkanizmin izlərini özündə əks etdirir. Atmosferdə olan kükürdün bəzi yeni vulkanik fəaliyyətlərin nəticəsi olduğu düşünülür.Esposito, Larry W. (9 March 1984). "Sulfur Dioxide: Episodic Injection Shows Evidence for Active Venus Volcanism" . Science. 223 (4640): 1072–1074. Bibcode:1984Sci…223.1072E. PMID 17830154. doi:10.1126/science.223.4640.1072.Bullock, Mark A.; Grinspoon, David H. (March 2001). "The Recent Evolution of Climate on Venus". Icarus. 150 (1): 19–37. Bibcode:2001Icar..150…19B. doi:10.1006/icar.2000.6570.
Veneranın səthinin təqribən 80%-i düzənlik və vulkanik ovalıqlardan ibarətdir. Müvafiq olaraq düzənliklərin 70%-i qırışıq yüksəkliklər və 10%-i isə hamar ovalıqlardan ibarətdir.Basilevsky, Alexander T.; Head, James W., III (1995). "Global stratigraphy of Venus: Analysis of a random sample of thirty-six test areas". Earth, Moon, and Planets. 66 (3): 285–336. Bibcode:1995EM&P…66..285B. doi:10.1007/BF00579467. İki dağlıq "materik" isə planetin şimal yarımkürəsində və ekvatordan cənubdakı bölgədə yerləşir. Şimal yarımkürəsində yerləşən dağlıq bölgə təqribən Avstraliya böyüklüyündədir və Akkad sevgi ilahəsi İştarın şərəfinə İştar Terra olaraq adlandırılmışdır. İştar Terra bölgəsində 11 kilometr yüksəkliyi ilə Veneranın ən yüksək zirvəsi olan Maksvell Montes yerləşir.Basilevsky, Alexander T.; Head, James W., III (1995). "Global stratigraphy of Venus: Analysis of a random sample of thirty-six test areas". Earth, Moon, and Planets. 66 (3): 285–336. Bibcode:1995EM&P…66..285B. doi:10.1007/BF00579467. Cənub yarımkürəsində yerləşən dağlıq bölgə yunan sevgi ilahəsi Afroditanın şərəfinə Afrodita Terra olaraq adlandırılır. İki dağlıq bölgənin birgə böyüklüyü Cənubi Amerika materikindən daha çoxdur. Çat və qırılmaların şəbəkəsi bu sahənin çox hissəsini əhatə edir.Kaufmann, W. J. (1994). Universe. New York: W. H. Freeman. p. 204. ISBN 978-0-7167-2379-0.
Görünən kalderaların hansısa birində lava axışına dair sübutların tapılmaması hələ də sirr olaraq qalmaqdadır. Planetin səhtinin gənc olduğunu təqribən 300–600 milyon illik bir neçə zərbə krateri göstərir.Nimmo, F.; McKenzie, D. (1998). "Volcanism and Tectonics on Venus". Annual Review of Earth and Planetary Sciences. 26 (1): 23–53. Bibcode:1998AREPS..26…23N. doi:10.1146/annurev.earth.26.1.23.Strom, Robert G.; Schaber, Gerald G.; Dawson, Douglas D. (25 may 1994). "The global resurfacing of Venus". Journal of Geophysical Research. 99 (E5): 10899–10926. Bibcode:1994JGR….9910899S. doi:10.1029/94JE00388. Venera Yer tipli planetlər üçün xarakterik olan zərbə kraterləri, dağlar və vadilərlə yanaşı bəzi özünəməxsus səth xüsusiyyətlərinə də sahibdir. Bunlardan 20–50 kilometr diametrə, 100–1000 metr yüksəkliyə sahib olan farra adlandırılan keks və yelpiyə oxşayan vulkanik landşaft formalarını; radial və ulduza oxşayan nova adlandırılan qırışıqlıqları; araxnoid adlandırılan həm radial həm də konsentrik qırıqlara sahib landşaft formalarını və korona adlandırılan çökəkliyi əhatələyən dairəvi halqa tipli landşaft formalarını qeyd etmək olar.Frankel, Charles (1996). Volcanoes of the Solar System. Cambridge University Press. ISBN 978-0-521-47770-3.
Veneranın əksər səth formaları tarixi və mifoloji qadın adları ilə adlandırılıb. İstisnalar kimi Ceyms Maksvellin şərəfinə adlandırılan Maksvell Montes, dağlıq bölgələrin adları olan Alfa Regio, Beta Regio və Ovda Regionun adlarını göstərmək olar.Davies, M. E.; Abalakin, V. K.; Bursa, M.; Lieske, J. H.; Morando, B.; Morrison, D.; Seidelmann, P. K.; Sinclair, A. T.; Yallop, B.; Tjuflin, Y. S. (1994). "Report of the IAU Working Group on Cartographic Coordinates and Rotational Elements of the Planets and Satellites". Celestial Mechanics and Dynamical Astronomy. 63 (2): 127–148. Bibcode:1996CeMDA..63..127D. doi:10.1007/BF00693410. Son üç landşaft formasının adı Beynəlxalq Astronomiya İttifaqı tərəfindən planetlərin terminologiyaları haqqındakı prinsiplərin qəbul olunmasından daha əvvəl verilib."USGS Astrogeology: Rotation and pole position for the Sun and planets (IAU WGCCRE)" . United States Geological Survey. JPL Publication 90–24Carolynn Young, ed. (1 August 1990). The Magellan Venus Explorer's Guide . California: Jet Propulsion Laboratory. pp. 99–100.
Veneradakı landşaft formalarının uzunluğu onun birinci meridianına nisbətlə müəyyən olunur. Əsas birinci meridian Alfa Regionun cənubunda yerləşən oval landşaft forması olan İvanın ortasındakı parlaq nöqtənin üzərindən keçirdi. Venera missiyaları tamamlandıqdan sonra birinci meridian Ariadna kraterinin mərkəz təpəsindən keçməklə yenidən təsnif olundu."USGS Astrogeology: Rotation and pole position for the Sun and planets (IAU WGCCRE)" . United States Geological Survey. JPL Publication 90–24.
Səth geologiyası 250px|thumb|right|Magellan tərəfindən əldə olunmuş radar təsvirləri əsasında formalaşdırılmış Maat Mons vulkanının təsviri Veneranın səthinin böyük hissəsi vulkanik fəaliyyətlər nəticəsində formalaşmışdır. Venera Yerdən bir neçə dəfə çox vulkana sahibdir və bunlardan 167-i diametri 100 kilometri keçən böyük vulkanlardır. Bu böyüklükdə vulkanik kompleksin Yerdəki tək örnəyi Havay adasıdır. Bunun səbəbinin Veneranın Yerdən daha vulkanik aktiv olması ilə bağlı deyil, qabığının daha qədim olması ilə bağlıdır. Yerin okean qabığı tavaların sərhəddində daima yeniləndiyi üçün təqribən 100 milyon illikdir.Karttunen, Hannu; Kroger, P.; Oja, H.; Poutanen, M.; Donner, K. J. (2007). Fundamental Astronomy. Springer. p. 162. ISBN 978-3-540-34143-7. Halbuki Veneranın səthinin 300–600 milyon illik olduğu təxmin olunur.