Xuray — Azərbaycan Respublikasının Qusar rayonunun Xuray kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Xuray kəndi Qusar rayonundan 16 km cənub qərbdə, Şahdağının ətəyində, Qusar çayın sağ sahilində, dəniz səviyyəsindən 1200 m hündürlükdə, Əniğ dərəsi adlanan yerdə yerləşir. Qusar maili düzənliyində tez-tez təsadüf olunan arxeoloji tapıntılar Əniğ dərəsindəki 9 kəndin: Əniğ, Zindanmuruq, Kuzun, Yuxarı Ləgər, Suvacal, Xuray, Cağar, Çətkün və Ləzənin (Onlardan yalnız üç kənd azərbaycanlı kəndidir. Xuray, Ləgər, Suvacal) qədim zamanlardan mövcudluğunu təsdiq edir. Bu zonada ilk yaşayış məskənləri Əniğ Və Xuray olduğu kənd ağsaqqallarının yekdil fikridir. Kəndin qədimliyini onun dörd tərəfdən əhatə edən köhnə qəbiristanlıqlar sübut edir.

Xuray kəndi hazırda yerləşdiyi yerindən bir az yüksəklikdə olub. Qədim dövrlərdə "Cıraqlar", "Marl yurd" kimi yurd yerlərində məskən salmış yerli əhali təxminən 500 il əvvəl – təbii fəlakətdən, yadelli basqınlardan qurtulmaq üçün qədim məskənlərini yeni yurd yeri – bərəkətli torpaqları və bol sulu bulaqları olan yamaca – Qusarçayın hövzəsinə tərəf enmişdilər. Beləliklə, orada "Xuray"ın yeni təməli qoyulur.

1996-cı ildə Xurayın "Bağlar" adlanan ərazisində, ora yaxın digər yerlərdə əkin işləri aparılarkən qədim dövrlərə aid nizə başlıqları, silaha oxşar alətlər tapılır. Kəndin mərkəzində olan köhnə qəbirstanlıqdakı məzar daşları isə X əsrin axırlarına təsadüf olunur.

Toponimikası Kənd Yan silsiləsinin ətəyindədir. Kənd yaxınlığındakı dağ aşırımının adını daşıyır. Oykonimin ləzgi dilindəki xür (kənd) sözü və -ay (ismin çıxışlıq hal şək.-si) topoformantının birləşməsi kimi "kənddən olan" mənasında olduğu da ehtimal edilir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Bakı: Şərq-Qərb, 2007, səh.427

Xaçmaz rayonunda da Xuray adlı kənd mövcuddur.

Coğrafiyası və iqlimi 250px|thumb|Xuray kəndinin dağ və meşələri Xuray dəniz səviyyəsindən 1200 m yüksəklikdə yerləşir. Kəndin qərb tərəfdən Şahdağı, şimal və cənubda hündür meşəli yüksəkliklə örtüldüyü üçün havası sərin və rütubətli olur. Buna görə də orda yay sərin, qış soyuq keçir.

Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 711 nəfər yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı: 2010, səh.629 Kənddə ləzgilər və azərbaycanlılar uzun illərdir birgə yaşayır, hər iki xalqın mədəniyyəti, adət-ənənəsi və gündəlik həyat tərzi qarşılıqlı təsir nəticəsində zənginləşmişdir.Сборник сведений о Кавказе. Том 5: Списки населенных мест Кавказского края. Ч.1:Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. —

Sixillər

Kəndəki sixillər (sept, soylar)Сборник сведений о Кавказе. Том 5: Списки населенных мест Кавказского края. Ч.1:Губернии: Эриванская, Кутаисская, Бакинская и Ставропольская и Терская область. — :

Axasar Şunuxar Timixar

Təhsilin vəziyyəti Kənddə şəhid Rubər Səfərəliyevin adını daşıyan orta məktəb fəaliyyət göstərir. 2008-ci ildə H. Əliyev fondu tərəfindən kənddə yeni 18 sinifli tam orta məktəb tikilib istifadəyə verilmişdir. Məktəbin məzunlarından xarici ölkələrdə təhsil alan gənclər var. Şagirdlər olimpiadada uğurlu nəticə göstərirlər.

Mədəniyyəti Kənddə mədəniyyət evi, kitabxana, tibb məntəqəsi, poçt şöbəsi fəaliyyət göstərir.

Abidələri Kənddə XVIII əsrə aid məscid, iki müqəddəs pir, qaçaq mağaraları və asma körpü var. Azərbaycanfilmin istehsalı olan "Tütək səsi" filmindəki körpü bu kənddə yerləşir.

İstinadlar

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Həmçinin bax Xuray (Xaçmaz)

Kateqoriya:Qusar rayonunun kəndləri