Yuxarı Tahircal — Azərbaycan Respublikasının Qusar rayonunun Yuxarı Tahircal kənd inzibati ərazi dairəsində kənd.
Tarixi Kənd 3000 il əvvəl yaradılmışdır.
Toponimikası Yuxarı Tahircal oyk., mür. Şahdağın ətəyindədir. Sakinləri əsasən, Aşağı Tahircal və Yuxan Tahircal kəndlərindən gəldiklərinə görə 1975-ci ildə yaşayış məntəqəsinə Yeni Tahircal adı verilmişdir.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427
Əhalisi 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 449 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629
Təhsil Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2 fevral 2018-ci il tarixli Sərəncamı. president.az ilə Qusar rayonu Yuxarı Tahircal kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması üçün 262 000 manat vəsait ayrılmışdır"Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı" . president.az .
Görkəmli şəxslər Əmirəli Tihircalvi (1790–1846) — Ləzgi imam, şair, sonradan İmam Şamilin naibi.
Həmçinin bax Qusar rayonu
Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti
İstinadlar
Kateqoriya:Qusar rayonunun kəndləri