Yasab (ləzgi. Ясаб)— Azərbaycan Respublikasının Qusar rayonunun Yasab kənd inzibati ərazi dairəsində kənd.

Tarixi

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Yasab kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlər. Həmin dövrdə İmam Şarif-Ali Yasabvi Yasab kəndindən müsəlman ləzgi döyüşçü dəstəsi toplayaraq onlara dəstək vermişdirЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Yasab kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Yasab oyk., sadə. Dağ ətəyindədir. Yaşayış məntəqəsi eyniadlı çayın admı daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi 2024-cü il üçün olan məlumata görə 2356 nəfər əhali yaşayır. 2009-cu ilin siyahıyaalınmasına əsasən kəndə 2018 nəfər əhali yaşayır.Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629

Sixillər

Kəndəki sixillər (klanlar, soylar): Dandasar (DNA: E-V22) Fah'ruxar (DNA: E-M35) Filifar Ğeteğar İğirar Kabçayar K'ereyar K'ular K'azahar Rahmanar Seqülar Tsiyapar Yuğvar

DNA ŞəxsSixilXelhaploqrupTarlan ÇigniyevDandasarYasabarE-V22E.SəfərəliyevFah'ruxar YasabarE-M35

Tanınmış sakinləri

Şeyx Şarif-Ali Yasabvi – lezgi imam, müridizm tərəfdarı.ЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39 Said Paşayev – sərbəst güləş üzrə Avropa çempionu.

İstinadlar

Mənbə Азәрбајҹан Совет Енсиклопедијасы. V ҹилд: Италиja – Куба. Баш редактop: Ҹ. Б. Гулиjeв. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксиjaсы, 1981, cəhифə 90

Həmçinin bax Yasaboba Qusar rayonu

Xarici keçidlər Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

Kateqoriya:Qusar rayonunun kəndləri