Sudur — Azərbaycan Respublikasının Qusar rayonunun Sudur kənd inzibati ərazi dairəsində kənd.

Tarixi Baş kənd olan Sturun bilavasitə yaxınlığında, 2-5 km-dən çox olmayaraq 11 kənd yaranır – Xturğan, Ğener, Arçan, Elix, Yerği-kek, Takar, Suv, Güne, Sanay, Vini-Qer, Guğa-Qer, bu qonşu təpələrdə və yamaclarda yerləşən zamanla ən böyük kəndə şamil edilmiş ümumi Stur adı ilə tanınan yaşayış məntəqələrin eyni kökdən gəldiyi deyilirhttps://www.alamjurnal.com/wp-content/uploads/2015/06/13.pdf. +11 soyLəzgicəAzərbaycancaБинедилай цIусад тIур, ЦIусад бине-хуьр кутур,

КIватI хьайила тек са хуьр

Са кIвал, са югъ, са СтIур.

ТIакIар, Арчан, Яргъикек,

Хъутур, Гъенер, мад Элихъ,

Кьерни Гуьне, Сувни тик

Са кIвал, са югъ, са СтIур.

Зегьмет кIани кьегьалар,

Гам храдай гуьзелар,

Къуран Суннат хвевай

Са кIвал, са югъ, са СтIурOn bir soydan gələn xəncəllər, On bir kəndə kök salanlar,

Yığışıb bir tək cammat olanlar

Bir yurd, bir güc, bir Stur.

Takar, Arçan, Yerğikek,

Xutur, Ğener, bir də Elix,

Qer, Güne və Suv da dimdik

Bir yurd, bir güc, bir Stur.

Zəhmət sevən əsil igidlər,

Xalça toxuyan ədəbli gözəllər,

Quran Sünnəni düz bilənlər

Bir yurd, bir güc, bir Stur.

Çar imperiyası ilə mübarizə

XIX əsrdə Sudur kəndinin sakinləri imam Qazi Məhəmməd Xuluxvi və abrek Ali Hilivinin rəhbərliyi altında 1837-ci ildə Rus çarına qarşı baş vermiş xalq üsyanında iştirak etmişlərЦГВИА. Ф. ВУА. Д. 6356. Л. 19-39.

Sovet hakimiyyəti ilə mübarizə

1920–1930-cu illərdə bolşeviklər erməni daşnakları ilə birlikdə bir neçə dəfə dinc müsəlman ləzgi kəndlərinə hücum etmiş həmçinin Sudur kəndinə, ləzgilər isə onlara cavab olaraq silahlı mübarizəyə qalxmışdılar. Hadisələrdən sonra bolşeviklər ləzgilərdən qisas almaq üçün Şaumyanı 1918-ci il 4 iyulda 10 min nəfərlik hərbi qüvvə ilə müsəlman ləzgilərin üstünə göndəriblər. Bolşeviklər sayca üstün olmalarına baxmayaraq, ləzgiləri məğlub edə bilməyib, iki həftə davam edən döyüşlərdə təxminən 2 min əsgər itirmiş və geri çəkilməyə məcbur olmuşdular. Bolşeviklərin törətdiyi vəhşilikləri görən ləzgilər Sovet hakimiyyətini qəbul edə bilməmişdi. Məhz buna görə də Haddam Çakarvi polkovniklikdən imtina edərək abrek olur və İmam Mushab-Əli Kuzunvinin rəhbərliyi ilə bir neçə il Sovet hakimiyyətinə qarşı silahlı mübarizəyə qalxır.

Toponimikası Sudur oyk., sadə. Dağətəyi ərazidədir. Vaxtilə burada Sudur palasa və Sudur qazmalar adlı iki kənd mövcud olmuşdur. Sonralar Sudur qazmalar kənd adından ikinci komponent ixtisara uğramışdır. Kənd ərazidəki eyniadlı dağın adını daşıyır.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427

Əhalisi

Sixillər Sturar xelə (böyük klan) daxil kəndəki sixillər (klanlar, soylar): Batar Daxarar Dalaxar Eskarar Çambular Mamaxar

Həmçinin bax Qusar rayonu

Xarici keçidlər Cənnətə bir addım qalmış... – “TAMAŞA DÜNYA” Azərbaycan Respublikası Qusar Rayon İcra Hakimiyyəti

İstinadlar

Kateqoriya:Qusar rayonunun kəndləri