Neçirvan İdris Bərzani (; ) — kürd siyasətçi. O, İraq Kürdüstanının ikinci prezidentidir.

Həyatı Neçirvan Bərzani 21 sentyabr 1966-cı ildə anadan olmuşdur. O, Tehran Universitetindən məzun olmuşdur. Neçirvan Bərzani 2010-cu ildə Kürdüstan Demokrat Partiyasının vitse-prezidenti təyin edilmişdir. O, bundan əvvəl 2007-ci ilin martından 2009-cu ilin avqustuna və 2012-ci ilin mart ayından 2019-cu ilin may ayına qədər Kürdüstan Regional Hökumətinin baş naziri vəzifəsində çalışmışdır. Neçirvan Bərzani həm də Kürdüstan Universitetinin təsisçisidir. O, hal-hazırda İraq Kürdüstanının ikinci prezidentidir. Neçirvan Bərzani 2019-cu ilin iyununda Kürdüstan Parlamenti tərəfindən vəzifəyə seçilmişdir. Onun hakimiyyəti Kürd milliyətçiliyi, dünyəvilik, modernizm, kənd təsərrüfatında islahatlar və qadın hüquqları ilə xarakterizə edilir.

Siyasi mövqeyi Neçirvan Bərzani Kürd milliyətçiliyinı (PKK) İraq Kürdüstanından Türkiyəyə və İrana hücum etmək üçün baza kimi istifadə etdiyinə görə qınamışdır. O, İrana müxalif qruplardan və PKK-dan dəfələrlə bunu etməməsini tələb etmişdir.

İstinadlar

Xarici keçidlər

Bioqrafiya

Kateqoriya:Kürd siyasətçilər Kateqoriya:İraq kürdləri Kateqoriya:Kürd milliyyətçiləri