Kürdüstan İslam Birliyi (; , əl-İtithad əl-islami əl-kurdistani) və ya sadəcə Yekqirtu () — İraq Kürdüstanında islamçı siyasi partiya.

Tarixi Kürdüstan İslam Birliyi 6 fevral 1994-cü ildə Səlahəddin Bahəddin və onun həmkarları tərəfindən təsis edilmişdir. O, birinci ümumi konfransda partiyanın baş katibi seçilmişdir. Bahəddin daha sonra ikinci, üçüncü və dördüncü konfranslarda yenidən baş katib seçilmişdir. Bundan sonra onu Hadi Əli və Məhəmməd Fərəc əvəzləmiş, lakin 2016-cı ildə yenidən baş katib seçilmişdir.

İstinadlar

Xarici keçidlər

Kateqoriya:Kürd milliyyətçiliyi Kateqoriya:İraq siyasi partiyaları Kateqoriya:1994-cü ildə yarananlar Kateqoriya:İraq Kürdüstanı Kateqoriya:İslamizm