Milli () və ya Milan () — Azərbaycanda kürddilli tayfa. Onlar Rusiya-İran müharibəsindən (1826-1828) sonra Anadoludan köçüb Azərbaycan ərazisində məskunlaşmışlar. Kəlbəcər rayonunda eyniadlı kəndlər mövcuddur.Azərbaycan Toponimlərinin Ensiklopedik Lüğəti. Azərbaycan Milli Elmlər Akademiyası. Nəsimi adına Dilçilik İnstitutu. Şərq-qərb Bakı-2007. səh.427 1833-cü ilin məlumatlarına görə, Naxçıvanda yaşayan 9 kürd tayfa icmasından biri idilər.
Milanlı tayfası kürdlərin kurmanci qrupuna daxildir. Sosioloq Ziya Gökalpa görə, Kurmanclar üç qrupa bölünür: Boti, Mehmedi və Silivi. O, onların arasında Silivilərin Mil və Zil olaraq iki yerə bölündüyünü qeyd etmişdir.Gökalp, 1992: 28-30 Onların sonradan Osmanlı qeydlərində Milli və Zilli adlandırılmağa başladığı qeyd edilir. O dövrdə onlar Viranşehir, Ərzurum, Bitlis, Van və Dərsim şəhərlərində, o cümlədən İran sərhədində yaşayırdılar.Başbakanlık Osmanlı Arşivi (BOA). Dâhiliye (DH). Siyasi (SYS). 24/2-4. Lef 114/1. Erzurum Vilayeti'nden Dahiliye Nezareti'ne gönderilen 19 Mart 1911 tarihli rapor
İstinadlar
Kateqoriya:Azərbaycan kürd tayfaları Kateqoriya:Türkiyə kürdləri