Aldo Boffi (; ) — İtaliyalı keçmiş futbolçu. Mövqeyi hücumçu olub. Futbolçu üç dəfə İtaliya çempionatının bombardiri olub. Güclü zərbələri ilə məşhur olub.

Karyera Aldo Boffi 26 fevral 1915-ci ildə Cussanoda anadan olub. Karyerasına İtaliyanın üçüncü divizionunda çıxış edən "Vis Nova" klubunun gənclər komandasında başlayıb. 1935-ci ildə B Seiyası klubu olan "Serenyo" klubuna transfer olunur. "Serenyo" klubu futbolçunu transfer etdikdən bir il sonra C Seriyasına düşür, lakin bütün komandanın uğursuz oynamasına baxmayaraq, Boffi 20 qol vuraraq B Seriyasının ən yaxşı bombardirlərindən biri olur. Futbolçu bu uğurunu bir il sonra C Seriyasındada təkrar edərək C Seriyasının bombardiri olur. Bu uğurlar sonra o, A seriyası klubları olan "Milan", "Fiorentina" və "Bolonya"nın diqqətini cəlb edir. Boffi "Milan"ın təklifini qəbul edir.

Boffi 1 noyabr 1936-cı ildə "Torino" ilə oyunda "Milan" klubunda debüt edir. "Milan"da Boffi ilk mövsümundə cəmi 8 qol vurur. Ancaq növbəti mövsümlərdə qollarını sıralayaraq üç dəfə çempionatın bir dəfə isə İtaliya Kubokunun bombardiri olur. "Milan"ın heyətində Boffi 8 mövsumdə 136 qol vurduğu 194 oyun keçirir.

Futbolçu daha sonra "Atalanta" klubuna keçir. "Atalanta"da bir mövsüm keçirib 17 oyunda 3 qol vurur.

Boffi daha sonra köhnə klubu "Serenyo"ya keçir və karyerasını burada bitirir.

Uğurları İtaliya çempionatının bombardiri: 1939 (19 qol), 1939/40 (24 qol), 1942 (22 qol)

İstinadlar

Xarici Keçidlər Magliarossonera.it saytındakı məqalə Enciclopediadelcalcio.com saytında profil

Boffi Boffi Boffi Boffi Boffi Boffi Boffi Boffi Kateqoriya:İtaliya şəxsləri