Viçentsa FK () — İtalİyanı təmsil edən futbol klubu. Klub Viçenza şəhərini təmsil edir . 2018-ci ildəki iflasdan sonra İtaliyanın C Seriyasında Vicenza Virtus adı ilə çıxış edir.
9 mart 1902-ci ildə qurulan klub 1911-ci ildən bəri İtaliya çempionatlarında iştirak edir. 1942-ci ildə Vicenza ilk dəfə A Seriyasına yüksəlib. 1953–1990-cı illərdə klub "Lanerossi Vicenza" adlandı.
Komanda A Seriyasında ən böyük uğuru 1978-ci ildə ikinci yeri tutmasıdır. Komandanın 1997-ci ildə İtaliya kubokunun qalibi olur və bir il sonra 1998-ci ildə Kuboklar Kubokunun yarımfinalına kimi yeksəlib.
Viçenzanın heyətində fərqli illərdə Qızıl topun qalibi olmuş iki futbolçu oynayıb. Bunlar Paolo Rossi və Roberto Bacciodur.
A Seriyasının bombardiri olmuş futbolçuları 1966 — Luis Vinisiyo (25 qol) 1978 — Paolo Rossi (24 qol)
Tarixi Vicenzada futbol 1902-ci ildə yaranıb. Komanda 18 may 1903-cü ildə əyalətin Məktəb Çempionatında debüt edir. Növbəti 10 il ərzində "Viçenzadakı Futbol Birliyi" adlanan komanda yalnız kiçik turnirlərdə iştirak edir.
Rəsmi debüt 1910–1911 mövsümünə təsadüf edir. 12 fevral 1911-ci ildə klub iştirak etdiyi ilk rəsmi turnirdə Bolonyadan olan rəqib ilə Borgo Casale meydanında qarşılaşır. Ardınca turnirin finalında Pro Verçelli üzərində qələbə qazanılır və komanda Vento-Emiliano qrupunda qalib olur.
Birinci Dünya müharibəsindən əvvəlki illərdə Viçenza, regional qrupların qalibləri tərəfindən qurulan ölkənin milli çempionatında iştirak edir. Komanda tez-tez Bolonya, Juventus, İnter, Milan kimi güclü komandalarla görüşur. 10 yanvar 1915-ci ildə Milanda "İnter" ilə qarşılaşmada 0:16 hesabı məğlub olur.
Titulları İtaliya çempionatı (A seriyası) Vitse çempion (2): 1910/11, 1977/78 B seriyası : Çempion (3): 1954/55, 1976/77, 1999/2000 İtaliya Kuboku Qalibiyyət: 1996/97 İtaliya Super Kuboku Finalçı: 1997 Viarejo Turniri Çempion (2): 1954, 1955 Vitse çempion: 1961 Saat Kuboku Qələbə: 1965
Tanınmış oyunçuları Paolo Rossi Piermario Morosini Luka Toni Roberto Baccio Cibril Sisse
Məşhur məşqçiləri Pyerpaolo Bizoli (2016–2017)
Xarici keçidlər Rəsmi sayt )
Kateqoriya:Viçentsa FK Kateqoriya:İtaliya futbol klubları Kateqoriya:A Seriyası klubları Kateqoriya:B Seriyası klubları Kateqoriya:C Seriyası klubları Kateqoriya:D Seriyası klubları Kateqoriya:İtaliya kubokunu qazanan klublar Kateqoriya:1902-ci ildə yaradılmış futbol klubları Kateqoriya:İtaliya Birinci Divizion futbol klubları