Bosniyalı Osman Paşa (d. 1620 - ö. 1 avqust 1685) — Sultan İbrahim və IV Mehmed səltənətində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi.

Həyatı 1620-ci ildə dünyaya gəldi. Əslən boşnaq olub, Əndərunda təlim-tərbiyə edildikdən sonra öncə bostançılar kəndxudası, daha sonra 1671-ci ilin sentyabrında bostançıbaşı oldu. 1676-cı iliin martında vəzir rütbəsilə Şam bəylərbəyi təyin edildi. 1678-ci ildə Anadolu, 1681-ci ilin iyununda Misir, 1683-cü ilin iyununda Diyarbəkir və ardından yenidən Şam bəylərbəyi oldu. 1684-cü ildə Bosniyaya təyin edilsə də, çox keçmədən vəzifədən alındı. 1685-ci ilin mayında Əyri qalasının mühafizəsi ilə vəzifələndirildi. 1 avqust 1685-ci ildə qala mühasirəsi əsnasında şəhid edildi.

Mənbə

Sicill-i Osmani IV, səh. 278

Kateqoriya:Misir bəylərbəyləri Kateqoriya:Osmanlı paşaları