Envər Aysevər () — Türk jurnalist, roman yazarı, televiziya aparıcısı.

"BirGün" qəzetində gündəlik, "Boyun Eğme" jurnalında isə həftəlik yazılar yazmaqda və eyni zamanda Tele1 televiziya kanalında "Ayrıntılar" adlı televiziya proqramını hazırlayıb aparıcılığını etməkdədir.

Həyatı 1971-ci ildə İstanbulda doğulmuşdur. Memar Sinan Gözəl Sənətlər Universiteti Sosyologiya ixtisasından məzun olub. Doğuş Universiteti, Yeditəpə Universiteti və Arel Universitetində dərslər verib. Bir il Cümhuriyyət Xalq Partiyası Partiya Məclisi üzvlüyü də edən yazıçı, evli və bir övlad atasıdır.

İstinadlar

Kateqoriya:Türkiyə dramaturqları Kateqoriya:Türkiyə romançıları Kateqoriya:Türkiyə kommunistləri