Port-Lui ( ) — Mavrikinin 9 rayonundan biri. Adanın şimal-qərbində yerləşən Port-Lui, ölkənin ən kiçik və ən yüksək əhali sıxlığına malik rayonudur. Rayon tamamilə ölkənin paytaxtı Port-Luidən ibarətdir. Port-Lui rayonu 42,7 km2 ərazinin əhatə edir və 31 dekabr 2015-ci il tarixində əhalisi 119 706 nəfər olaraq qiymətləndirilmişdir.

Görməli yerlər Rayon 2006-cı ildən bəri UNESCO-nun Ümumdünya irsi olan Aapravasi-Qhata ev sahibliyi edir.

İstinadlar

Həmçinin bax

Kateqoriya:Mavriki rayonları