Əliyev Vidadi Yusif oğlu (31.10.1939, Xankəndi – 25.8.2010, Bakı) – Azərbaycan fiziki, fizika-riyaziyyat elmləri doktoru (1985), professor (1987).
Həyatı Azərbaycan Dövlət Universitetini bitirmişdir (1962). 1962–69 illərdə SSRİ A. F. İoffe adına Elmi Tədqiqat Yarımkeçiricilər İnstitutunda, 1969 ildən Azərb. İnşaat Mühəndisləri İn-tunda (indiki AMİU) işləmiş, 1992–96 illərdə Türkiyənin Qaradəniz Un-tində fizika fakültəsinin prof.-u vəzifəsində çalışmış, 1996 ildən AMİU-nun yüksəktemperaturlu ifratkeçiricilər elmi tədqiqat laboratoriyasının rəhbəri olmuşdur. Tədqiqatları üzvi yarımkeçiricilər fizikası, ifrat-keçiricilik fizikası sahəsinə aiddir. 200-dən çox elmi əsərin müəllifidir.
İstinadlar
Kateqoriya:Azərbaycanlı fiziklər Kateqoriya:Azərbaycan fizikləri Kateqoriya:Ensiklopedikliyi şübhə altında olan alim məqalələri