Haryana (; ; ) — Hindistanın şimalında ştat. Paytaxtı Çandiqarh (inzibati olaraq Haryananın bir hissəsi deyil, ayrıca birlik ərazisidir), ən böyük şəhəri Fəridabaddır. Əhali 25 353 081 nəfərdir (ştatlar arasında 17-ci yer; 2011-ci ilin məlumatları). Haryana 1966-cı ildə Pəncab ştatından ayrı ştata çevrildi. İndiyə qədər Çandiqarh şəhəri eyni vaxtda iki ştatın paytaxtıdır: Pəncab və Haryana. Hind dilindən tərcümə olunan "haryana" "Allahın məskəni" deməkdir: "Hari" Tanrı Vişnunun adlarından biridir, "ayana" - "ev" deməkdir.
İstinadlar
Kateqoriya:Hindistan ştatları Kateqoriya:1966-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Şimali Hindistan