Səbinə Səməd qızı Xasayeva (qızlıq soyadı: Süleymanova; ) — azərbaycanlı dövlət xadimi; Azərbaycan Milli Məclisinin VI və VII çağırış deputatı.

Həyatı Səbinə Xasayeva 30 mart 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dillər Universitetinin Beynəlxalq münasibətlər və regionşünaslıq bölməsindən məzun olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin İdarəetmədə informasiya sistemləri ixtisası üzrə magistr dərəcəsi alıb. İngilis və norveç dillərini bilir. Evlidir, 2 övladı var.

Fəaliyyəti Səbinə Xasayeva 2014 və 2019-cu illərdə baş tutan bələdiyyə seçimlərində 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Lökbatan bələdiyyəsinin üzvü seçilmişdir. 2015–2019-cu illərdə Lökbatan bələdiyyəsi sədrinin müavini vəzifəsində çalışmışdır.

Yeni Azərbaycan Partiyasının üzvüdür. YAP Gənclər Birliyi İdarə Heyətinin üzvüdür.

2020-ci il fevralın 9-da baş tutan parlament seçimlərində Səbinə Xasayeva 12 saylı Qaradağ–Binəqədi–Yasamal dairəsindən Yeni Azərbaycan Partiyasının vahid namizədi olaraq göstərilmişdir. Nəticələrə əsasən Səbinə Xasayeva 48,70% səslə Milli Məclisin deputatı seçilmişdir. Milli Məclisin Regional məsələlər Komitəsinin, Gənclər və idman Komitəsinin üzvüdür. Həmçinin Azərbaycan–Estoniya, Azərbaycan–Lüksemburq, Azərbaycan–Norveç, Azərbaycan–Rumıniya, Azərbaycan–Tailand, Azərbaycan–Uruqvay, Azərbaycan–Paraqvay, Azərbaycan–Kamboca və Azərbaycan–Kamerun parlamentləri ilə əlaqələr üzrə qruplarının da üzvüdür.

Azərbaycan Prezidenti İlham Əliyevin 2 fevral 2024-cü il tarixli Sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı ilə təltif edilib.

2024-cü il oktyabrın 8-də Azərbaycan–Norveç parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri seçilib.

İstinadlar

Kateqoriya:Azərbaycanın qadın siyasətçiləri Kateqoriya:Azərbaycan bələdiyyələrinin üzvləri Kateqoriya:Azərbaycan Milli Məclisinin VI çağırış deputatları Kateqoriya:Azərbaycan Milli Məclisinin VII çağırış deputatları Kateqoriya:XXI əsr Azərbaycan siyasətçiləri