Çandiqarh (; ; ) — Hindistanın şimalında şəhər (Dehlidən təxminən 240 km şimalda) eyni anda iki ştatın — Pəncab və Haryananın paytaxtı. Üstəlik, Çandiqarh inzibati olaraq bu ştatların bir hissəsi deyil, birbaşa Nyu Dehlidən idarə olunan birlik ərazisi statusuna sahibdir.
Beynəlxalq memarlığı ilə məşhur olan Çandiqarh Hindistan müstəqillik qazandıqdan sonra yaranan, tamamilə yeni bir yerdə (1953) meydana gələn Hindistan şəhərlərindən biridir. Şəhər layihəsinin müəllifi məşhur fransız memarı Le Korbuzyedir. Çandiqarh adı "Çandi fortu" kimi tərcümə olunur. Adı şəhərdən 12 km məsafədə yerləşən və hind ilahəsi Çandiyə həsr olunmuş Çandi Mandir məbədindən götürülmüşdür. Bəzi hallarda, Çandigarh "Gözəllik şəhəri" adlanır.
İstinadlar
Kateqoriya:Hindistan şəhərləri Kateqoriya:Hindistanın birlik əraziləri Kateqoriya:1966-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1956-cı ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:1953-cü ildə yaranmış dövlətlər və ərazilər Kateqoriya:Şimali Hindistan Kateqoriya:Hindistanın milyon nəfərdən çox əhalisi olan şəhərləri