250px|thumb|Bakının görməli yerləri Bakının görməli yerlərinin siyahısı — Azərbaycanın paytaxtı və ən böyük şəhəri olan Bakı şəhərinin turizm potensialı ilə bağlıdır. Siyahıda şəhərin turistik və görməli yerləri — teatrlar, kinoteatrlar, saraylar, konsert zalları, parklar, muzey və qoruqlar, habelə ibadət yerləri, idman arenaları və s. öz əksini tapmışdır.

Ümumi məlumat olaraq sahəsi 2130 km² olan Bakı şəhəri Abşeron yarımadasında, Xəzər dənizinin qərb sahilində yerləşir və şəhərin tərkibinə 12 inzibati rayon, 5 şəhər tipli qəsəbə və 32 kənd daxildir. Şəhərin mərkəzi hissəsi Bakı buxtasına pilləli enən amfiteatrda yerləşir. Bakının dəniz sahili hissəsi okean səviyyəsindən təqribən aşağıdır.

Bakı şəhərində və Abşeron yarımadasında insanlar çox qədim zamanlardan məskunlaşmış və burada yaşayış məntəqələri yaratmışlar. Buna səbəb Bakı şəhərinin fiziki-coğrafi şəraiti şimaldan-cənuba, qərbdən-şərqə gedən miqrasiya və ticarət yollarının kəsişməsi mərkəzində yerləşməsi, iqlim şəraiti və ən qədim zamanlardan yer üzünə çıxan nafta adlanan yanacaq və enerji sərvəti olmuşdur.

Bakı Qafqazda ən əhəmiyyətli turistik məkanlardan biri sayılır. 2014-cü ildə Bakı Forbes jurnalının rusiyalılar üçün biznes qurulması sahəsində ən cəlbedici keçmiş SSRİ şəhərlərinin reytinqində top onluğa düşmüşdür. 2015-ci ildə Bakı Lonely Planet nəşrinin səyahət edilməli ən maraqlı məkanların reytinqində 7-ci sırada, New York Times qəzetinin "2015-ci ildə səfər etmək üçün dünyanın ən yaxşı yerləri" reytinqində isə 51-ci yerdə qərarlaşmışdır. 2016-cı ildə "TripAdvisor" səyahət məsləhətçisi saytının topladığı rəy sorğusunda daha çox üstünlük verilən və inkişaf etməkdə olan turizm məntəqələri siyahısında Bakı şəhəri 5-ci yerdə qərarlaşmışdır.

Siyahı

Teatrlar

Adı Yarandığı il Haqqında Şəkil İstinadlarAzərbaycan Dövlət Akademik Milli Dram Teatrı 1919 Bakıda yerləşən akademik dram teatrıdır. Yüksək nailiyyətlərinə görə teatra akademik adı verilmiş (1959), Qırmızı Əmək Bayrağı (1948) və Lenin ordenləri (1974) ilə təltif edilmişdir. Teatrın 125 illik tarixində Əbülfət Vəli, Məhəmməd bəy Əlvəndi, Hüseyn Ərəblinski, Cahangir Zeynalov, Əbülhəsən Anaplı kimi aktyor məktəbi yaradanlardan sonra, böyük aktyor və rejissor nəsli yetişmişdir: SSRİ xalq artistləri Mirzağa Əliyev, Sidqi Ruhulla, Mərziyyə Davudova, Ələsgər Ələkbərov, Adil İsgəndərov (rejissor), Hökumə Qurbanova, İsmayıl Dağıstanlı, İsmayıl Osmanlı, o cümlədən xalq artistləri Möhsün Sənani, Rza Təhmasib (aktyor və rejissor), Barat Şəkinskaya, Leyla Bədirbəyli, Əliağa Ağayev, Məlik Dadaşov, Əli Zeynalov, Tofiq Kazımov (rejissor), Ələsgər Şərifov (rejissor), Nəcibə Məlikova və s. Akademik teatrda üç aktyor məktəbi var: Romantik aktyor məktəbi; Realist aktyor məktəbi; Lirik-psixoloji üslublu aktyor məktəbi. 150pxAzərbaycan Dövlət Akademik Opera və Balet Teatrı 1920 1910-cu ilin sonlarında Bakıya Rusiyadan məşhur bir opera müğənnisi qastrola gəlir. Müğənninin şərəfinə verilən ziyafətlərdən birində Bakı milyonçusu Mayılov sənətçi qadından bir də bu şəhərə nə vaxt gələcəyini soruşur. Aktrisa "heç vaxt!" deyə cavab verir. Milyonçu bu cavabın səbəbi ilə maraqlandıqda müğənni qadın deyir: "Belə böyük şəhərdə oxumağa opera binası yoxdursa, gəlməyimin nə mənası var?" Bu sözlər bakılı milyonçuya bərk təsir edir və elə oradaca qadına söz verir ki, cəmi bir il ərzində opera teatrı üçün gözəl bina tikdirəcək. Gələcək teatr binası üçün Qubernski – Torqovı (indiki Nizami) küçəsində yer alınır və tikinti başlayır. Bu cür təşəbbüsləri həmişə alqışlayan Hacı Zeynalabdin Tağıyev bildirir ki, belə bir binanı bir ilə tikmək qeyri – mümkündür. Mərc gəlirlər ki, əgər opera teatrı vaxtında hazır olsa, onun bütün xərclərini Tağıyev çəkəcək. Beləliklə, cəmi on ay ərzində – 1910 – 1911-ci illərdə memar N. Q. Bayevin layihələşdirdiyi teatr binası hazır olur. Ölkəmizdə ən böyük musiqili teatrı olan Azərbaycan Opera və Balet Teatrı 1920-ci ildən bu günədək bu yaraşıqlı binada fəaliyyət göstərir. 1928-ci ildə teatra M. F. Axundovun adı verilmişdir. Bu sənət məbədi 1959-cu ildən Akademik Opera və Balet Teatrı adlanır. 150pxSəməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı 1937 Teatr 1920-ci ildən Bakı Azad Tənqid-Təbliğ Teatrı (BATTT), 1923-cü ildən Bakı İşçi Teatrı (BİT) adı ilə fəaliyyət göstərmişdir. 1937-ci ildən Azərbaycan Dövlət Rus Dram Teatrı adlanır. 1956-cı ildə teatra Səməd Vurğunun adı verilmişdir. 1925–30-cu illərdə teatr "Lyubov Yarovaya" (K. Trenyov), "Qiyam" (B. Lavrenyov) və s. tamaşaları səhnələşdirmişdir. 1930–40-cı illərdə teatrın repertuarı "Don Karlos" (F. Şiller), "Romeo və Cülyetta" (V. Şekspir), "Canlı meyit" (L. Tolstoy) və s. əsərlərlə zənginləşmişdi. XX əsrin 50-ci illərdə səhnələşdirilən "Aydın" (C. Cabbarlı), "Hamam" (V. Mayakovski) və başqa tamaşalar teatrın yaradıcılıq nailiyyəti kimi qiymətləndirilməlidir. 120pxAzərbaycan Dövlət Kukla Teatrı 1931 İndiki Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrının əsasını 1931-ci ildə Mollağa Bəbirli qoymuşdur. Bu teatrın ilk tamaşası 1932-ci ildə ("Sirk" adlı tamaşa) göstərilmişdir. Müxtəlif illərdə (1931–1941-ci illər); (1946–1950-ci illər) müstəqil teatr kimi, müəyyən dövrlərdə isə Azərbaycan Gənc tamaşaçılar teatrı (1941–1946-cı illər) və Azərbaycan Dövlət Filarmoniyasının nəzdində (1950-ci ildə) fəaliyyət göstərmişdir. Azərbaycan və rus bölmələri var. 1964-cü il aprel ayının 15-də teatra "Dövlət" statusu verilib. 1975-ci ildən teatrda böyüklər üçün də tamaşalar göstərilir. 120pxAzərbaycan Dövlət Musiqili Teatrı 1934 Azərbaycan milli musiqili komediya janrı 20-ci əsrin əvvəllərində yaranmışdır. Opera kimi bu janrın da yaradıcısı Üzeyir Hacıbəylidir. Onun 1909-cu ildə yazdığı "Ər və arvad" musiqili komediyasının ilk tamaşası 24 may 1910-cu ildə Bakıda Nikitin qardaşlarının sirk binasında olmuşdur: Məhz bu tamaşa ilə də Azərbaycan Musiqili Komediya Teatrının əsası qoyulmuşdur. Sonrakı illərdə Üzeyir Hacıbəyovun "O olmasın, bu olsun" (1911), "Arşın mal alan" (1913) musiqili komediyaları oynanıldı. İnqılaba qədərki dövrdə həmçinin Z. Hacıbəyovun "Əlli yaşında cavan", "Evliykən subay", M. Kazımovskinin "Molla Cəbi", "Vurhavur" musiqili komediyaları da tamaşaya qoyuldu. 1938-ci ildə Soltan Dadaşov bəstəkar Zülfüqar Hacıbəyovun "Evliykən subay" operettasını yeni redaksiyada işlədi və onu tamaşaya qoydu. İlk tamaşa 1938-ci il 30 mayda "Rote Fane" (indiki Nizami adına park) mədəniyyət və istirahət parkinda göstərildi. Afişalarda və proqramın yuxarı hissəsində "Azərbaycan Dövlət Musiqili Komediya Teatrı" sözləri yazılmışdı. 1941-ci il iyun ayının 22-də Faşist Almaniyası SSRİ-yə hücum etdi. Hökumətin qərarı ilə teatrın fəaliyyət – iş prinsipi yenidən quruldu. Kollektivə "Aqitteatr" (Azərbaycan Dövlət Agitasiya Teatrı) funksiyası verildi. 29 avqust 1942-ci ildə təbliğat teatrının yenidən Azərbaycan Dövlət Musiqili komediya Teatrı adlandırılması barədə əmr verdi. Şəmsi Bədəlbəyli aprel ayının 27-də teatra direktor və bədii rəhbər təyin edildi. 1943-cü ilin avqust ayında teatra nasir-dramaturq, publisist, "Molla Nəsrəddin" jurnalının banisi Cəlil Məmmədquluzadənin adı verildi. 120pxAzərbaycan Dövlət Pantomim Teatrı 1994 16 may 1994-cü ildə Azərbaycann mədəniyyət nazirinin sərəncamı ilə "Dəli yığıncağı" Pantomim Teatr-Studiyası kimi yaranmış və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının nəzdində fəaliyyət göstərmişdir. 2000-ci ildə "Dəli yığıncağı" pantomim teatr-studiyasına Dövlət statusu verilib. Pantomim teatrının əsasını qoyan Azərbaycan Xalq Artisti Bəxtiyar Xanızadədir. 120pxElman Rəfiyev: "Pantomim Teatrında müvəffəqiyyətsiz tamaşa yoxdur" Азербайджанские мимы с успехом выступили в Грузии (ФОТО) Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968 Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrı 1968-ci ildə vokal sənətinin görkəmli nümayəndəsi, SSRİ xalq artisti Rəşid Behbudov tərəfindən yaradılmış və hal-hazırda öz yaradıcısının adını daşıyır. Teatrın repertuarı bu gün Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cahangir Cahangirov, Rauf Hacıyev, Tofiq Quliyev, Polad Bülbüloğlu, Ramiz Mirişli, Faiq Sücəddinov, Azər Dadaşov və başqaları kimi milli bəstəkarların əsərlərindən ibarətdir. Repertuarın əsasını təşkil edən xalq mahnılarının, muğam və təsniflərin ifası bu günə kimi böyük müğənnimiz Rəşid Behbudovun özünəməxsus ənənəvi ifa tərzini qoruyub saxlamışdır. Teatr fəaliyyət göstərdiyi vaxtdan burada Zaur Rzayev, Natavan Şeyxova, Mübariz Tağıyev, Elxan Əhədzadə, Xədicə Abbasova, Azər Zeynalov, Zöhrə Abdullayeva, Aybəniz Haşımova, Gülyaz və Gülyanaq Məmmədovalar, Bilal Əliyev və s. kimi populyar sənət ustaları çalışmışdır. 120pxНезабываемый Рашид Бейбутов: концерт в Баку Театр песни им. Рашида Бейбутова Maksim Qorki adına Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı 1928 1927-ci il mart ayının 15-də Bakı Uşaq Teatrı pioner və məktəblilərin bədii özfəaliyyət dram dərnəklərinin əsasında yaranmışdır. 1927-ci ildə mart ayının 15-də Bakıda yeni bir teatr afişası göründü. Afişada bu sözlər yazılmışdır: "Bu gün Pioner dəstə rəhbəri Lətif Kərimlinin quruluşunda "Fırtına" tamaşası göstəriləcəkdir". 14 yaşlı Ağadadaş Qurbanovun təşəbbüsü ilə hazırlanan bu tamaşa respublikamızda uşaq teatrının yaranmasının təməlini qoydu. Azərbaycan Milli teatr sənətinin ayrılmaz qolu olan Dövlət Gənc Tamaşaçılar Teatrı bir sıra müqtədir səhnə xadimləri yetişdirmişdir. Bunlardan bir çoxu sonradan öz yaradıcılıqlarını Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında davam etdirmişlər. Xalq artistləri Ağadadaş Qurbanov, Əliağa Ağayev, Süleyman Ələsgərov, Firəngiz Şərifova, Yusif Vəliyev, Hüseynağa Sadıxov, Lütfi Məmmədbəyov, Aleksey Lejnyov, Georqiy Sıqankov, Xuraman Hacıyeva, Gülşən Qurbanova, Solmaz Qurbanova, Tariyel Qasımov, Ağaxan Salmanlı, Yasin Qarayev, Əməkdar Artistlər Məmmədağa Dadaşov, Osman Hacıbəyov və s. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında hazırda 5 Xalq artisti, 22 Əməkdar artist, 3 Əməkdar incəsənət xadimi, 2 Əməkdar Mədəniyyət işçisi, 2 Prezident təqaüdçüsü, 10 Prezident mükafatçısı çalışır. Bundan başqa teatrın 7 aktyoru 2013-cü ilin iyun ayında və 2 aktyoru 2014-cü ilin mart ayının 7-də Mədəniyyət və Turizm Nazirliyinin təsis etdiyi "Fəxri mədəniyyət işçisi" döş nişanı ilə təltif olunmuşlar. 120pxSəda — "Tülkü, tülkü, tünbəki" tamaşasının premyerası keçirilib (24. iyun 2016) Üns Yaradıcılıq Səhnəsi Teatrı 2006Teatr 22 aprel 2006-cı ildə yaradılıb. Teatrın yaradılmasında əsas məqsədlərdən biri Azərbaycandakı zəngin teatr sənətinə dayanaraq hazırkı müasir səviyyəyə çatdırmaq, özlüyündə ənənə və yeniliyi birləşdirməkdir. Həmçinin incəsənət və mədəniyyətdə şərq və qərb mədəniyyətinin sintezinin bədii əksinin göstərilməsidir. Üns Yaradıcılıq Səhnəsinin rəhbəri Nərgiz Paşayevadır.Azərbaycan Dövlət "Yuğ" Teatrı1989Azərbaycan Dövlət Yuğ Teatrının əsası 18 oktyabr 1989-cu ildə Həsənağa Turabov və Vaqif İbrahimoğlu tərəfindən qoyulmuşdur. 1993-cü ildə teatra Dövlət statusu verilib. 2003-cü ildə isə Yuğ teatrı Bakı milyonçusu Murtuza Muxtarov küçəsindəki köhnə hamamın binasına köçürülüb. Əvvəl isə Milli Teatrın 4-cü mərtəbəsində idi. 2011-ci ilə qədər teatrın bədii rəhbəri Vaqif İbrahimoğlu olmuşdur. 2011–2017-ci illərdə teatrın direktoru Tərlan Rəsulov olmuşdur. 2017–2018-ci illərdə Rəşad Əhmədzadə teatrın direktoru vəzifəsini müvəqqəti icra edib. 2018-ci ildən İslam Həsənov teatrın direktorudur. Yuğ teatrının yerləşdiyi bina tarixi əhəmiyyət daşıyır. Belə ki, binanın əsası 1888-ci ildə qoyulub. İstifadəyə verildiyi ilk dövrdə Hacı Fərəculla hamamı kimi fəaliyyət göstərmişdir.120x120px275 http://azteatr.musigi-dunya.az/file?id=88&dt=37 5

Kinoteatrlar