"İstiqlal" qəzeti () — həftəlik qəzet. Türk Ədəmi-Mərkəziyyət firqəsi "Müsavat"ın orqanı.
Tarixi "İstiqlal" qəzetinin 1918-ci ildə 7, 1919-cu ildə 28, 1920-ci illərdə isə 15 sayı işıq üzü görüb. Bakıda nəşr olunmuşdur. İlk nömrəsi 1918-cu il də, son nömrəsi 1920-ci il aprelin 23-də çıxmışdır. 42 nömrəsi buraxılmışdır. Qəzetin məsləki, məqsəd və vəzifəsi Məhəmməd Əmin Rəsulzadənin birinci nömrədə çap olunmuş "İstiqlal" adlı baş məqaləsində şərh olunmuşdu. Məqalədə deyilirdi: Tofiq Fikrətbeyti qəzetin başlığında epiqraf kimi verilmişdi.
thumb|300px|Vuqar Haciyevin şəxsi arxivində "İstiqlal" qəzeti
Mətbəəsi və müəllifləri "Heyəti-təhririyyə" (redaksiya heyəti) tərəfindən idarə edilən qəzet "Turan" mətbəəsində çap olunurdu. Əsas müəllifləri Məhəmməd Əmin Rəsulzadə, Seyid Hüseyn, Mirzə Bala Məmmədzadə, Ə. Həmdizadə, Əhməd Həmdi Qaraağazadə, Ümmügülsüm, Əhməd Cavad, Əli Yusif, Cəfər Cabbarlı, Əbdülvahab Məmmədzadə, Məmməd Əli Rəsulzadə, Ağa oğlu Məhəmməd, Məşədi Yusif Fərzixanov və b. idi. İştirakçıların çoxluğuna baxmayaraq, qəzetin aparıcı ədəbi simaları M.Ə.Rəsulzadə, M.B.Məmmədzadə və Ə.H.Qaraağaczadə idi. ―"İstiqlal"da partiyanın məfkurəsinin təbliği əsas yer tuturdu. İlk nömrələrinin birində "Türk Ədəmi-Mərkəziyyət fırqəsi "Müsavatın məramnaməsi" dərc olunmuşdu.
Rubrikaları "Firqə həyatı" rübrikasında Bakı və ətrafında, əyalətlərdə "Müsavat" özəklərinin işi işıqlandırılırdı. ―"İstiqlal"da partiyalararası ixtilaflar, "Müsavatla "İttihad" və sosialistlər arasındakı ziddiyyətlər geniş şərh olunurdu. "Kabinə böhranı" başlığı ilə dərc olunmuş məqalələrdə siyasi dairələrdə vəziyyət təhlil edilirdi. Qəzetdə Azərbaycan xalqına qarşı mart soyqırımının və İstiqlal bəyannaməsinin elan olunmasının ildönümü münasibətilə yazılara və keçirilmiş tədbirlərin təsvirinə geniş yer verilirdi. İstiqlalın səhifələrində bədii ədəbiyyat da əhəmiyyətli yer tuturdu. Qəzetdə M.Ə.Rəsulzadə, Ə.Cavad, Ümmügülsüm, Əli Yusif və C.Cabbarlının şerləri, "Seyrçi" və "Ağcaqanad" imzaları ilə nəsr əsərləri dərc olunmuşdur.
İstinadlar
Xarici keçidlər
Həmçinin bax Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Xalq Cümhuriyyəti
Kateqoriya:Azərbaycan qəzetləri Kateqoriya:Müsavat Partiyası