Akif Davud oğlu Kazımov (. 6 mart 1957) — Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosenti, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısı, Azərbaycan Rəssamlar İttifaqının üzvü.https://news.day.az/azerinews/1009072.html

Həyatı Kazımov Akif Davud oğlu 6 mart 1957-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1981-ci ildə Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutunun bitirmişdir. Akif Kazımov 1982-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssam 1991-ci ildən N.Tusi adına Azərbaycan Dövlət Pedoqoji İnstitutunda rəngkarlıq kafedrasında baş müəllim işləmişdir. O, 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında rəngkarlıq kafedrasının dosentidir. Rəssamın 1991 və 1998-ci illərdə iki fərdi yaradıcılıq sərgisi keçirilmişdir. O, Beynəlxalq Byennal, simpoziumlarda, beynəlxalq qrup sərgilərinin iştirakçısıdır. Akif Kazımov əsərləri, Moskva, Gürcüstan, Almaniya, Bolqarıstan, Türkiyə və Azərbaycanda nümayiş edilmişdir.

İstinadlar

Kateqoriya:1957-ci ildə doğulanlar Kateqoriya:6 martda doğulanlar Kateqoriya:Əlifba sırasına görə şəxslər Kateqoriya:Əlifba sırasına görə rəssamlar Kateqoriya:Azərbaycan rəssamları Kateqoriya:SSRİ rəssamları