Maktan adası (, ) — Filippinin Sebu vilayətinə daxil olan ada. Visay adaları qrupuna daxildir. Sebu adasından şərqdə, Sebu şəhərinin qarşı tərəfində yerləşir. İnzibati cəhətdən Lapu-Lapu şəhər dairəsi və Kordova regionuna daxildir
Tarixi 1521-ci ildə ada sahilində Maktan döyüşü baş vermişdir. Döyüş Fernan Magellanın rəhbərlik etdiyi İspan ekspedisiyası ilə yerli əhali arasında baş verir. Bu döyüşdə yerli əhalinin döyüşçüsü Lapu-Lapu döyüş əsnasında Magellanı öldürmüşdür.
Sənaye və iqtiadiyyat Adada Gitara istehsal edilir.
Turizm və nəqliyyat Ada turizmin inkişaına görə seçilir. Çoxlu sayda otellərə sahibdir. Maktan Sebu adasına iki körpü il birləşmişdir. Adada ölkənin böyüklüyünə görə ikinci hava limanı yerləşir.
Mənbə Mactan International Airport Lapu-Lapu City Government
Kateqoriya:Filippin adaları Kateqoriya:Sakit okeanın adaları