Betmen Başlayır () — 2005-ci ildə "DC Comicsin" uydurma personajı Betmenin komikslərindən uyğunlaşdırılan, rejissoru Kristofer Nolan olduğu, Kristian Beylin Betmen rolunu ifa etdiyi və Maykl Keyn, Liam Nison, Keti Olms, Qari Oldmen, Killian Merfi, Morqan Friman, Tom Uilkinson, Rutqer Auer, Mark Bun Xunior, Ken Vatanabenin rol aldığı ABŞ superqəhrəman filmi. Yeni çəkilən seriyanın ilk filmi Brüs Ueynin yarasadan qorxusu, ailəsinin vəfatı və Betmenə çevrilməsindən bəhs edir. Filmin hekayəsi klassik Betmendən: "Betmen: Birinci il" və "Betmen: Uzun Hellovin" romanlarından ilhamlanmışdır. 1997-ci ildə nümayiş etdirilən "Betmen və Robin" filmindən sonra, bir çox davam filmlər gündəmə gəldi. Kristofer Nolan və Devid Qoyer film üçün çəkilişlərə 2003-cü ildən başladı. Ssenaristlər təməlində humanizm və realizm dayanan daha qaranlıq və real bir hekayəni hədəf aldı. Məqsəd, tamaşaçının Betmen və Brüs Ueynə əhəmiyyət verməsi idi. Çikaqo və İngiltərədə çəkilişləri baş tutan filmdə, kompüter dəstəyi yalnız bir qədər istifadə edildi. Film üçün "Batmobile" və "Yarasa" kostyumu yenidən yaradılıb.

Film maliyyə və tənqidi baxımdan müvəffəqiyyətli oldu. Film 15 iyun 2005-ci ildə ABŞ və Kanadada 3,858 kinoteatrda nümayiş etdirildi. Film ilk həftəsində 48 milyon Amerikan dolları qazandı. Film nümayişdən çıxdıqdan sonra təxminən 370 milyon ABŞ dolları əldə etmişdi. Film haqqında "Rotten Tomatoes" saytında edilən şərhlərin 84%-i müsbət idi. Tənqidçilər "Betmen Başlayır" filminin özündən əvvəl çəkilən Betmen filmlərindən daha qaranlıq olduğu fikrində birləşdi.

Rollarda Kristian Beyl, Brüs Ueyn və ya Betmen rolunda: Səkkiz yaşında olarkən ata və anasının oğru tərəfindən öldürülməsinə şahid olan milyoner, biznesmen. O, illərdir dünyaya səyahət edərək ədalətsizliyə qarşı mübarizə yollarını axtarır və Qoufama qayıdır. Gecələr Brüs Qoufamı qoruyan Betmenə çevrilir. 11 sentyabr 2003-cü il tarixində filmin aktyor heyətində iştirak edən Beylin, Darren Aronofskinin çəkməyi planlaşdırdığı filmdə də "Betmen" rolunu oynaması istənilirdi.

İstinadlar

Xarici keçidlər

Arxivləşdirilib: saytından 23 may 2005 tarixində.

Batman Begins Production Notes, page 1 and pages 2–6. Warner Bros. via CinemaReview.com. Archived from the original on September 9, 2015.

Kateqoriya:2005-ci ilin filmləri Kateqoriya:Betmen filmləri Kateqoriya:Qara cəngavər trilogiyası Kateqoriya:İngiliscə filmlər Kateqoriya:ABŞ filmləri Kateqoriya:Böyük Britaniya filmləri Kateqoriya:Terrorizm haqqında filmlər Kateqoriya:Kristofer Nolanın ssenari müəllifi olduğu filmlər Kateqoriya:Kristofer Nolanın filmləri Kateqoriya:Kristofer Nolanın prodüseri olduğu filmlər Kateqoriya:Hans Zimmerin film musiqiləri Kateqoriya:Ceyms Nyuton Hovardın film musiqiləri Kateqoriya:İngiltərədə çəkilən filmlər Kateqoriya:Çikaqoda çəkilən filmlər Kateqoriya:Birləşmiş Krallıqda çəkilən filmlər Kateqoriya:Ən yaxşı ikinci plan kişi roluna görə Oskar mükafatı qaliblərinin çıxış etdikləri filmlər Kateqoriya:BAFTA mükafatı laureatları Kateqoriya:Ən yaxşı səs montajına görə Oskar mükafatı alan filmlər Kateqoriya:Syncopy Inc. filmləri Kateqoriya:Legendary Pictures filmləri Kateqoriya:Warner Bros. filmləri Kateqoriya:IMAX filmləri Kateqoriya:Müxtəlif formatlarda çəkilmiş filmlər Kateqoriya:Devid Qoyerin ssenari müəllifi olduğu filmlər Kateqoriya:İslandiyada çəkilən filmlər Kateqoriya:Nyu-Yorkda çəkilmiş filmlər Kateqoriya:ABŞ-nin superqəhrəman filmləri Kateqoriya:ABŞ-nin döyüş triller filmləri Kateqoriya:ABŞ-də mütəşəkkil cinayətkarlıq haqqında filmlər Kateqoriya:İntiqam haqqında ABŞ filmləri Kateqoriya:ABŞ-nin viqilante filmləri Kateqoriya:2005-ci ilin ABŞ filmləri Kateqoriya:Nindzalar haqqında filmlər Kateqoriya:Saturn mükafatı qazanmış filmlər Kateqoriya:İngiliscə döyüş-triller filmləri Kateqoriya:ABŞ-nin neonuar filmləri Kateqoriya:2007-ci il haqqında filmlər Kateqoriya:Ən Yaxşı Fantastika filmi nominasiyası üzrə Saturn mükafatı qazanmış filmlər Kateqoriya:ABŞ-nin dram filmləri Kateqoriya:Birləşmiş Krallığın triller filmləri Kateqoriya:Birləşmiş Krallığın dram filmləri Kateqoriya:Nyu-York haqqında filmlər Kateqoriya:Londonda çəkilən filmlər Kateqoriya:Dramlar Kateqoriya:2000-ci illərin ingilis dilli filmləri Kateqoriya:Rebut filmlər Kateqoriya:2000-ci illərin superqəhrəman filmləri Kateqoriya:Böyük Britaniyanın döyüş-triller filmləri Kateqoriya:2005-ci ilin döyüş triller filmləri