Franklin adası () — Nares boğazının tərtkib hissəsinə daxil olan Kennedi boğazında yerləşən qayalıqdan ibarət olan ada. Konstitutsiya burnundan () 4,8 km şimalda yerləşir. Arktik-tundra bitkiləri ilə örtülüdür. Ən yüksək nöqtəsi adanın cənub-şərqində yerləşir (215 m). Franklin adasından cənub-şərqdə Kroze, şimal-qərbdə isə Hans adası yerləşir.

1854-cü ildə danimarkalı Hans Hendrik, Vilyam Morton və amerikalı Elişa Keyn adada olarkən onu araşdırmaçı Con Franklinin şərəfinə adlandırmışlar. Ada inzibati baxımından Danimarkanın ərazisi olan Qrenlandiyaya aiddir.

İstinadlar

Kateqoriya:Qrenlandiya adaları Kateqoriya:Şimal Buzlu okeanın adaları Kateqoriya:Şimal Buzlu okeanın yaşayış olmayan adaları